Arxiv
8 Oktyabr 2019, 11:34 | REPORTAJ
Müstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək.  Belə ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

Modern.az Azərbaycanın müstəqillik əldə etdikdən – 1991-ci ildən indiyə qədər Baş nazir olmuş şəxslərin siyahısını təqdim edir.

Müstəqil Azərbaycanın ilk Baş naziri Həsən Həsənov olub. 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin edilən baş nazirin səlahiyyət müddəti cəmi  421 gün çəkib. O, 4 aprel 1992-ci ildə vəzifəsindən azad edilib. H.Həsənov Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilmiş iri Beynəlxalq Biznes Konqresinin təşkilatçısı kimi tarixdə qalıb.

Daha sonra müvəqqəti Baş nazir təyin olunan Feyruz Mustafayevin qısa səlahiyyət dövrü olub. O, Baş nazir postunda cəmi 40 gün qalıb.

Yenicə müstəqillik əldə etmiş dövlətin siyasi həyatında kifayət qədər qarışıqlıq hökm sürdüyündən vəzifə dəyişiklikləri artıq normal hala çevrilmişdi. Ona görə, Azərbaycanın üçüncü Baş naziri Rəhim Hüseynov da bu vəzifədə çox qala bilmədi. 1992-ci il mayın 14-də təyin olunan Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və o, 30 yanvar 1993-cü ildə bu postdan uzaqlaşdırıldı.

Həmin dönəmdə yenidən müvəqqəti Baş nazir təyin olundu. Bu posta nəzarət hazırda deputat olan Əli Məsimova tapşırıldı.  Cəmi 82 günlük Baş nazir olsa da, Ə. Məsimov "Azərbaycanın iqtisadi tərəqqi proqramı"nın və "Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri"nin müəllifi kimi yadda qalıb. O həmçinin, "Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası", "Aqrar islahatlar proqramı" və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib. Ə. Məsimli 1993-cü il aprelin 28-də vəzifəsindən azad olunub.

Əli Məsimlinin müvəqqəti Baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. O, həmin il iyunun 30-na qədər bu vəzifədə qalıb.

Daha sonra növbə hökümətə qarşı qiyam qaldırmaqla xatırlanan Sürət Hüseynova çatıb. “Qiyamçı polkovnik” 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilə kimi Baş nazir vəzifəsini icra edib.

Sürət Hüseynovdan sonra növbəti Baş nazir Fuad Quliyev olub. O, digərlərinə nisbətən daha uzun müddət bu postda qalsa da, haqqında çox az məlumat var. Fuad Quliyev BMT-nin layihəsi əsasında Sumqayıtın azad iqtisadi zona elan edilməsinə nail olub. Onun dövründə “Qarabağ” neft yatağının kəşfiyyatı, neftin işlənməsi və istehsalı üçün xarici neft şirkətləri ilə müqavilə imzalanıb.

1996-cı il iyulun 20-də Baş nazir postuna təyinat alan Artur Rasizadə 2003-c il iyulun 20-nə qədər bu vəzifədə qalıb.

Daha sonra isə onu Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib. İlham Əliyev prezident seçildiyinə görə, baş nazirlik postundan ayrılıb.

2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən Baş nazir vəzifəsinə gətirilib. O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzun müddətli baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.

Hazırda Azərbaycanın baş naziri Novruz Məmmədovdur. O 2018-ci il aprelin 21-I bu vəzifəyə təyin olunub. Bu gün isə vəzifəsindən istefa verəcəyi gözlənilir. Beləliklə, istefa qərarı təsdiqlənərsə, Novruz Məmmədovun səlahiyyət müddəti 534 gün olmaqla başa çatacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42