Arxiv
8 Oktyabr 2019, 13:24 | TƏHSİL
“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Ötən gün təhsil naziri Ceyhun Bayramov Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanı tutduğu vəzifədən uzaqlaşdırıb.
Aparılan araşdırmaya görə, direktor icarə adı ilə müəllimlərdən pul yığıb.

Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və belə halların digər məktəblərdə də olduğu bildirilib.

Maraqlıdır, məktəblərdəki bu cür özbaşınalığın qarşısını necə almaq olar? Günahkar tərəf yalnız direktorladır, ya ikinci tərəf də var?


Məsələ ilə bağlı Modern.az-a danışan deputat Sona Əliyeva deyir ki, insanlar susmasınlar ki, belə problemlər qabarıb öz həllini tapsın.

“Tək təhsildə yox, hər sahədə bu cür özbaşınalığa, haqsızlığa son qoyulmalıdır. Sağ olsun ki, Ceyhun Bayramov məsələdən xəbər tutan kimi direktoru işdən çıxarıb. Elə direktor olacaq ki, bu hadisədən təsirlənəcək lakin elələri də var ki, ümumiyyətlə buna məhəl qoymayacaq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi insanlara, mətbuata bu qədər açıqdır və öz sahəsindəki narazılıqları aktiv şəkildə aradan qaldırır”.


Təhsil eksperti Etibar Əliyevin
sözlərinə görə, bu cür özbaşınalıq təkcə 108 nömrəli məktəbdə baş vermir.


“Məktəbdə baş verən neqativ hallar növündən asılı olmayaraq təhsilə, tərbiyəyə təsir göstərən faktordur. Əksər məktəblərdə qeyri-qanuni şəkildə vətəndaşlardan pul tələb etmək prosesi gedir, lakin məsələ qapalı qalır. Belə özbaşınalığın qapalı qalmasının iki səbəbi var. Birincisi, valideyn etinasızlığı, yəni tələb olunan məbləğin ödənilməsidir. Digər səbəb isə məktəb direktorlarını himayə edən şəxslərin olmasıdır. Bu gün Bakı, eləcə də rayonlardakı məktəbləri himayə edən vəzifəli şəxslər var. Məktəb direktorları da həmin vəzifəli şəxslərə söykənərək istənilən özbaşınalığı edirlər. Buna görə də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü kimi hesab edirəm ki, bu gün valideynlər məktəbdə neqativ hal baş verən kimi bizə də məlumat versinlər. Çünki biz həmin məsələləri təhsil naziri Ceyhun Bayramovun qarşısında qaldıra bilərik. Artıq 21-ci əsrdə yaşayırıq, dünyada məktəblər başqa yöndə fəaliyyət göstərirlər. Bu cür neqativ hal bizdəki bəzi direktorların feodal təfəkkürünün təzahürüdür. Birmənalı olaraq uşağın məktəbə pul gətirməsi ona mənfi təsir edir, məktəblə valideyn, cəmiyyət arasında qarşıdurma yaradır. Bu isə orta təhsil üçün yad bir məsələdir və belə halların kökü kəsilməlidir. Direktorun işdən çıxarılmasını təqdir edirəm”.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Təhsil Nazirliyinin təhsil sahəsində baş verən hadisələrə operativ münasibət göstərməsini müsbət qiymətləndiririr:

“Ümumiyyətlə hökumət idarələrimizin bir çoxu bu məsələləri anidən diqqətə alıb araşdırır və cəmiyyətə məlumat verir. Məktəblərdən birində pul yığılması ilə bağlı xəbər yayıldıqdan sonra rtəhsiul nazirinin müavini Məhəbbət xanım ora gedib yerində hadisəni araşdıdırdı. Bu da məktəb direktorunun dəyişdirilməsi ilə nəticələndi. Bununla bir daha aydın oldu ki, məktəb yalnız təhsil verilən yerdir. Burada qeyr-qanuni hərəkət etmək, valideynlərdən pul yığmaq təhsilimizə, adımıza ləkə gətirir. Ceyhun Bayramovun da belə operativ olması göstərdi ki, məktəb təlim-tərbiyə, təhsil verən müəssisə kimi hər zaman müqəddəs saxlanılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya olimpiya oyunlarında və dünya çempionatlarından məhrum olundu - QƏRAR 9 Dekabr 2019, 14:45 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54 Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ 9 Dekabr 2019, 13:52 Daha bir əcnəbi nümayəndə heyəti Qarabağa qanunsuz səfər etdi 9 Dekabr 2019, 13:51 Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı - Rəsmi açıqlama 9 Dekabr 2019, 13:43 Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar... 9 Dekabr 2019, 13:39 Dünya siyasətinin məşhur homoseksualları – SİYAHI+FOTOLAR 9 Dekabr 2019, 13:38 Ağstafada tank əleyhinə mina tapılıb   9 Dekabr 2019, 13:27 "Qızım İlkinin evində öldü" - Atası DANIŞDI 9 Dekabr 2019, 13:20 Sidikdə qanın görülməsi çox ciddi xəstəliklərə işarət edir - HƏKİM 9 Dekabr 2019, 13:12 Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 9 Dekabr 2019, 13:05 Sabah da yağış yağacaq   9 Dekabr 2019, 13:01 Ali məktəb imtahanları ilə bağlı rektorlara göstəriş - Nazir əmr imzaladı 9 Dekabr 2019, 12:56 Putin Zelenski ilə nələri müzakirə edəcək? 9 Dekabr 2019, 12:55 Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək 9 Dekabr 2019, 12:48 Azərbaycan Kommunist Partiyasında QALMAQAL? - Sədr: “Bu bir oyundur” 9 Dekabr 2019, 12:44 Bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib - FOTO  9 Dekabr 2019, 12:27 Bakının yeni Baş Planının bəzi detalları açıqlandı 9 Dekabr 2019, 12:20 BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək 9 Dekabr 2019, 12:13 “Keşlə” klubundan bacısı intihar edən futbolçu ilə bağlı AÇIQLAMA 9 Dekabr 2019, 12:09 V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi 9 Dekabr 2019, 12:07 Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq 9 Dekabr 2019, 12:01 Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb - FOTO 9 Dekabr 2019, 11:56 Təhsil naziri: “Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq 9 Dekabr 2019, 11:56 Riqada bir gün - FOTO 9 Dekabr 2019, 11:47 Xırdalanda yaşayış evində partlayış: ev sahibi ağır yaralanıb   9 Dekabr 2019, 11:43 Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanacaq 9 Dekabr 2019, 11:35 “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq? 9 Dekabr 2019, 11:34 Dəm qazı ölümləri ilə bağlı cinayət işi açıldı 9 Dekabr 2019, 11:30 “Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər” - Deputat 9 Dekabr 2019, 11:21 SƏLİS-lə bağlı ATƏT PA-nın prezidentinə müraciət edildi 9 Dekabr 2019, 11:16