Arxiv
9 Oktyabr 2019, 13:11 | AKTUAL
Nazir Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşüb

Oktyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilib.

 

Modern.az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat verib və qeyd edib ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir bölgüsünün aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilməsidir.

Ardından Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirib. Tədqimatda həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilib.  

Təqdimatdan sonra nazir Əbülfəs Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış edib. Nazir cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulayıb.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini təqdim ediblər. Nazir Əbülfəs Qarayev təkliflərin “Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd edib və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildiib

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
COVID-19 pandemiyasının bitəcəyi tarix açıqlandı 20 Sentyabr 2020, 21:53 Türkiyədə son sutkada 61 nəfər koronavirusdan öldü 20 Sentyabr 2020, 21:30 “Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov 20 Sentyabr 2020, 21:16 Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlandı 20 Sentyabr 2020, 21:04 Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR 20 Sentyabr 2020, 20:54 ABŞ nüvə silahlarını Avropadan çıxarmaq istəmir 20 Sentyabr 2020, 20:39 "Qarabağ" "Neftçi"yə qarşı 20 Sentyabr 2020, 20:23 Yol qəzası mərkəzi prospektdə tıxaca səbəb olub 20 Sentyabr 2020, 20:16 Ali məktəblərə ixtisas seçiminin MÜDDƏTİ uzadıldı 20 Sentyabr 2020, 20:01 “Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” - Deputat 20 Sentyabr 2020, 19:21 Azərbaycan Premyer Liqasının TƏQVİMİ 20 Sentyabr 2020, 18:36 Yeznə ov zamanı qaynını güllələyib 20 Sentyabr 2020, 18:01 Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” - Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR 20 Sentyabr 2020, 17:36 İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli HADİSƏ 20 Sentyabr 2020, 16:50 Bakıda tozun miqdarı normadan artıqdır - RƏSMİ 20 Sentyabr 2020, 16:29 Məşhur teleaparıcı vəfat etdi 20 Sentyabr 2020, 16:15 İlham Əliyevdən neftçilərə TƏBRİK 20 Sentyabr 2020, 15:44 Baş nazir müavini koronavirusdan öldü 20 Sentyabr 2020, 15:34 Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil” 20 Sentyabr 2020, 15:31 Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb 20 Sentyabr 2020, 15:27 Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma 20 Sentyabr 2020, 15:16 Etibar Əliyev xanım deputatı müdafiə etdi 20 Sentyabr 2020, 14:36 Bakcell neftçiləri təbrik etdi 20 Sentyabr 2020, 13:53 Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI 20 Sentyabr 2020, 13:45 Qarabağ icmasının sədri: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 20 Sentyabr 2020, 13:08 Qaret Beyl yenidən “Tottenhem”də 20 Sentyabr 2020, 12:51 Koronavirusla Mübarizə Fonduna yığılan vəsait artıb - Ən çox pul KÖÇÜRƏNLƏR 20 Sentyabr 2020, 12:46 Sabahın hava PROQNOZU 20 Sentyabr 2020, 12:45 Sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayan qazaxlı uşaq - FOTO 20 Sentyabr 2020, 11:45 Bakıda yoluxmaya görə öndə gedən rayonlar... - SİYAHI 20 Sentyabr 2020, 11:36 Koronavirusla bağlı 8 peyvənd sınaqların sonuncu mərhələsindədir   20 Sentyabr 2020, 11:15 Azərbaycanda yaş, cins bölgüsü üzrə virusa yoluxma, sağalma və ölüm... 20 Sentyabr 2020, 10:52 Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev... 20 Sentyabr 2020, 10:43 Bölgələr üzrə koronavirusa yoluxma - Birinci yerdə Bakı, sonuncu yerdə... 20 Sentyabr 2020, 10:34 Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR 20 Sentyabr 2020, 10:15