Modern.az

Azərbaycan Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında 11 pillə irəlilədi - FOTO

Azərbaycan Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında 11 pillə irəlilədi - FOTO

9 Oktyabr 2019, 16:23

Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11(!) pillə irəliləyərək 141 ölkə içərisində 58-ci yerdə qərarlaşıb!

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır.

“Qeyd etmək lazımdır ki, Azərbaycan bu hesabatda dünyada ən çox irəliləyən (11 pillə) ölkə olub!

Bununla yanaşı, Dövlət tənzimlənməsi yükü göstəricisinə görə ölkəmiz dünyada 3(!)-cü, İnnovasiya Ekosystemi sütununda Biznesin Dinamikliyi göstəricisinə görə dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə dünyada 38-ci, İnsan Kapitalı göstəricisinə görə isə dünyada 41-ci yerə çıxıb!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır