Modern.az

“SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımının həcmi 15 milyard dolları ötüb”

“SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımının həcmi 15 milyard dolları ötüb”

10 Oktyabr 2019, 16:36

““Petkim”in ardınca 400 milyon dollarlıq SOCAR Terminal, 6,3 milyard dollarlıq STAR neft emalı zavodu və 600 milyon dollarlıq anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirən SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımı həcmi 15 milyard dolları ötüb”.

 

Modern.az-ın məlumatına görə, bunu "Petkim"in rəhbəri Anar Məmmədov azərbaycanlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

 

A.Məmmədov qeyd edib ki, hazırda davam edən layihələrlə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət, investisiya layihələrini başa çatdırdıqdan sonra Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır:

"Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur".

 

Onun sözlərinə görə, 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb.

A.Məmmədov bildirib ki, "Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik, orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı tərəfindən istifadə olunur: "Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon TL həcmində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı