Modern.az

“İlham Əliyev istəyinə nail oldu” – Fazil Mustafa

“İlham Əliyev istəyinə nail oldu” – Fazil Mustafa

Ölkə

12 Oktyabr 2019, 14:01

Ötən gün Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda prezident İlham Əliyev Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdiyi xidmətlərindən söz açarkən ermənilərin də Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş şəxsə heykəl ucaltmağını vurğulayıb. Prezident bildirib ki, bütün ölkələrdə faşizm pislənsə də, Ermənistan faşizmə xidmət etmiş bir şəxsə “qəhrəman” statusu verib. Ermənistanın baş naziri Nikol Paşinyan prezidentin bu çıxışından sonra yalana əsaslanmaqla cəsarətsiz şəkildə reaksiya verməyə cəhd göstərib. Paşinyanın özünü ifadə edə bilməməsi və ortalığa bəlli bir mövqe qoymaması Türkmənistan və Rusiya mediasında geniş əks-səda doğurub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, İlham Əliyevin arqumentlərindən sonra Paşinyan özünü itirdi:

 

 

 

“Prezident çox düzgün şəkildə erməni faşizminin törətdiyi işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfələri də xatırlatmaq çox mühüm idi. Azərbaycan neftçilərinin əməyi, müharibə zamanı qurban verdiyimiz minlərlə vətəndaşımızın əməyinin qiymətləndirilib, vurğulanması doğru addım idi. Paşinyan həqiqət qarşısında ortalığa öz mövqeyini qoymağı bacarmadı. Əslində o düzgün danışıb mövqe də sərgiləyə bilməzdi”.

 

Deputat Fazil Mustafa isə hesab edir ki, Paşinyana zərbə vurulması çox dəqiq bir konteksdən seçilmişdi.

 

“Çünki Ermənistanın MDB ölkələrində əsas tərəfdaşlarından biri Rusiyadır. Rusiyanın da faşizmə qarşı münasibəti bəllidir. Bu konteksdən Ermənistanın qınanması vacib bir amil idi. Çünki bəzən Ermənistanı müdafiə edənlərə qarşı səsləndiriləcək ən ciddi arqumentlərdən biri bu idi. Yəni, “Siz faşizmə qarşı mübarizə apardığınızı deyirsiniz, lakin bu gün faşizmi dəstəkləyənlərlə də müttəfiqsiniz”. Prezident İlham Əliyev də bu fikiri aşılamaq istəyirdi və fikrimcə də istəyinə nail oldu. Paşinyanın buna cavabı yox idi. Çünki həm əli türklərin qanına bulaşmış, həm də faşitlərlə bir cinahda vuruşmuş bir şəxsin reabiltasiya olunması, qəhrəman statusunun verilməsi Ermənistanın da faşist ölkə olmasının göstəricisidir. Yəni faktiki olaraq Ermənistan başqa millətləri sevməyən, diskriminasiya edən bir dövlət xarakterinə sahibdir. Bu baxımdan Ermənistanın ifşa olunması çox yerinə düşdü”, - deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi