Arxiv
13 Oktyabr 2019, 11:00 | İQTİSADİYYAT
Rüşvətə meylli sahibkarları kassa aparatlarından çəkindirən SƏBƏBLƏR  

Gündəlik həyatda hər birimiz ehtiyaclarımızı, tələbatımızı təmin etmək məqsədilə hansısa malların, xidmətlərin alıcısı kimi nağd hesablaşmaların iştirakçısı olaraq, ödənilmiş pulun əvəzində qəbz alırıq. Hər gün təkrarlanan bu proseslərin adiliyinə baxmayaraq, nağd hesablaşmaların rəsmiləşdirilməsi qaydaları və formalarından, bu rəsmiləşdirilmənin maraqlarımızın təmin olunmasından, nağd pul hesablaşmaların aparılması zamanı tərəflərin hüquq və vəzifələrindən hər birimiz məlumatlı deyilik.

 

Gələcəkdə hər birimizin yalnız istehlakçı deyil, həm də iş adamı qismində çıxış etməyimiz də istisna olunmur. Ona görə də nağd hesablaşmaların aparılması ilə bağlı lazımi hərəkətlər barədə məlumat vacibdir.

 

Reallıq göstərir ki, bəzi xidmət göstərənlər hələ də yeni nəsil nəzarət kassa aparatlarının istifadəsində maraqlı deyillər, qanuni ödənişlərin, kassa aparatlarının quraşdırılması əvəzinə kimlərəsə rüşvət verməyi seçirlər. Halbuki “işin üstü açılacaq” qorxusu ilə kiməsə rüşvət verməkdənsə, qanuni ödəniş edib rahat  bir şəkildə fəaliyyət göstərmək daha məqsədəuyğundur. Bəs bəzi sahibkarlar niyə qanuni yolu yox, qorxaraq verdikləri rüşət yolunu seçir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, problemin aradan qaldırılmasının yolu şəffaflıq və maarifləndirmədir:

 

“Şəffaflıq, hesabatlılığın, maarifləndirmənin gücləndirilməsi istiqamətində başlanan işlər davam etdirilməlidir. Harada kassa aparatı yoxdursa, qanunvericiliklə çoxdan müəyyən olunmuş əsaslarla kassa aparatı qoyulmalıdır”.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bunun çoxdankı və xroniki problem olduğunu vurğulayıb:

 

“Onun aradan qaldırılmasının ən yaxşı yolu maarifləndirmədən keçir. Bəzən kassa aparatı ilə işləmək sahibkarlara daha çox sərf edir, nəninki hər hansı “şirinlik” və ya rüşvət vermək cəhdi. Ona görədə çalışmaq lazımdır ki, iş adamları bu sahədə bilgilənsin. Bəzilərinin ümumiyyətlə məlumatı yoxdur ki, hansı növ vergi dərəcələri var. Əgər sadə vergi ödəyicisidirsə və dövriyyəsi azdırsa, hansı vergi növünə görə ödəniş etməlidir və s.  Bu sahədə kifayət qədər məlumatsızlıq və bilgisizlik var. Bu məlumatsızlıq və bilgisizlik də insanları qanundan kənara, rüşvətə sövq edir”.

 

Onun sözlərinə görə, bu baxımdan maarifləndirici addımların atılmasına ciddi ehtiyac var:

 

“İstər televiziyalarda, istərsə də yazılı mətbuatda iş adamlarını məlumatlandıra biləcək daha çox verilişlərin, izahedici xəbərlərin,diskussiayların yayınlanması lazımdır. Əsasən də kiçik iş adamları, xırda bizneslə məşğul olanlar anlayarlar ki, onların qanuni işləməsi daha sərfəlidir, nəninki qorxa-qorxa, rüşvət verərək işləməsi.Yəni onlar bu məsələnin dərinliklərini bilsələr, qanuni formada işləməyə üstünlük verərlər. Sadəcə bilgi, məlumatlandırma çox aşağı səviyyədədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14 İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı 23 Fevral 2020, 13:02