Arxiv
13 Oktyabr 2019, 11:28 | DİASPOR
 Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub - FOTO  

 Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub.

 

Modern.az xəbər verir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.

 

Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətrafl məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.

 

Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.

 

Mərkəzi ofisin açılışından sonra buraya toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib.

 

Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib. F.Muradov bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız Komitənin diqqətindədir.

 

Tədbir iştirakçılarına Azərbaycan Diasporuna Dəstək Fondu haqqında fondun icraçı direktoru Elşad Əliyev geniş məlumat verib.

 

Həsən Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır.

 

Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayıb çalışan azərbaycanlılıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın azərbaycanlının Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb.

 

Sonda F.Muradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi təbliğ edən kitablar bağışlayıb.

 

Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda koronavirusa yoluxma aşkarlandı 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04 Bakıda qanunsuz fəaliyyət göstərən şirniyyat sexləri AŞKARLANDI - FOTO 26 Fevral 2020, 16:59