Arxiv
13 Oktyabr 2019, 14:00 | AKTUAL
"Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on doqquzuncu tədris ilinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, UNİCEF-in Azərbaycan nümayədəliyinin rəhbəri, Liderlik məktəbinə cəlb olunmuş şagirdlər, habelə əvvəlki buraxılışların məzunları, valideyn və müəllimlər iştirak ediblər.

 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Liderlik məktəbinin açılışında çıxış edərək müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üzləşdiyini, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin inkişaf etdiyini vurğulayıb.

 

Ombudsman ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində atılan addımlardan danışıb, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının qorunması, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə, milli mənəvi dəyərlərimizin qorunmasında böyük uğurların əldə edildiyini bildirib. O, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyü, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.

 

Müvəkkil uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verib, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığını, 20 ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğunu bildirib.

 

Tədbirdə qeyd olunub ki, Liderlik məktəbi uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarının öyrənməsinə və təlimçilər, trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.

 

Liderlik məktəbinə cəlb olunan uşaqlara ölkəmizin tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən uşaqlara ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək öyrədildiyi qeyd olunub. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox bilik əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilib.

 

Tədbirdə iştirak edən qonaqlar respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini qeyd edib, bu gün böyük uğurlara imza atmış Liderlik məktəbində birləşən uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını vurğulayıblar. Tədbirdə E.Süleymanova və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin şagirdlərin suallarınl cavablandırıblar. Sonda məktəblilərə sertifikatlar təqdim edib.

 

Qeyd edək ki, “Liderlik Məktəbi” Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh şəbəkəsi nəzdində 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu məktəbi ötən dövr ərzində 1500-dən artıq uşaq və gənc bitirib və lider kimi yetişərək sertifikatla təltif olunublar. Hazırda 19-cu tədris ilində Liderlik məktəbinə Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dək şagird könüllü şəkildə cəlb olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06