Modern.az

Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR

Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR

13 Oktyabr 2019, 18:26

Oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda Müsavat Partiyasının IX qurultayı keçirilib.

Modern.az xəbər verir ki, qurultayda partiyanın növbəti dönəm üçün başqanı seçilib.

IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını ortaya qoyub. Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı idi.

Qurultayda keçirilən səsvermənin nəticəsinə əsasən, Arif Hacılı rəqiblərindən daha çox səs toplayaraq, yenidən başqan seçilib.

338 qurultay nümayəndəsinin iştirak etdiyi qurultayda Arif Hacılı 262 səs toplayıb..

Yadigar Sadıqlı  20 səs, Tofiq Yaqublu  isə 51 səs toplayıb.  5 bülleten etibarsız sayılıb.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib.
2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.

Müsavat 1993-cü ildən müxalifətdədir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı