Modern.az

Makron təcili Təhlükəsizlik Şurasını topladı

Makron təcili Təhlükəsizlik Şurasını topladı

Dünya

13 Oktyabr 2019, 23:31

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, iclasın əsas mövzusu Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı olacaq.

E.Makron bildirib ki, bu əməliyyat "yolverilməz humanitar vəziyyətin yaranması riskini yaradır" və "İslam dövlətinə" [İŞİD terror qruplaşması] "regionda gücünü bərpa etməyə" kömək edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu