Arxiv
14 Oktyabr 2019, 10:50 | AKTUAL
Deputatdan gənclərin mütaliəyə cəlb edilməsi ilə bağlı maraqlı addım -VİDEO

Bu gün cəmiyyətdə tez–tez “Müasir gənclər nə üçün kitab oxumur?”, “Gənclərin mütaliəsi niyə aşağı düşüb?”, “Ümumiyyətlə, kitab oxuyan varmı?”mütaliə problemləri ilə bağlı müxtəlif suallarla rastlaşırıq.

 

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev mütaliə problemləri ətrafında baş verən proseslərin həllinə fərqli yanaşıb.

 

Modern.az xəbər verir ki, deputat gəncləri kitab oxumağa təşviq etmək,mütaliə həvəsini daha da gücləndirmək məqsədilə maraqlı addım atıb.

 

Naqif Həmzəyev “Facebook”sosial şəbəkəsində özünün profil hesabında gənclərə müraciət edərək yazıb: Dəyərli dostlar, əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr! Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq sevdiyiniz 100 kitabı sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə edəcəm. Lakin, kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi "Kitab Klubu"nda birlikdə müzakirə edəcəyik!”

 

Milli Məclisin deputatının bu təşəbbüsü gənclər tərəfindən böyük maraqla qarşılanıb. Şərh bölməsində gənclər sevdikləri yazıçıların əsərlərin, arzusunda olduqları kitabların adlarını yazıblar.

 

Kitab oxumaq istəyən gənclərlə görüşü zamanı millət vəkili Naqif Həmzəyev onların istəklərinə uyğun kitabları mütaliə həvəskarlarına təqdim edib.

 

Naqif Həmzəyev bildirib ki,çox nadir halda insanların əlində kitab görmək olur. Əslində hamı kitab oxumağının nə qədər lazımlı olduğunu,mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, müstəsna əhəmiyyət kəsb etdiyini bilir. Lakin son illər bu sahədə durğunluq yaranıb.Təəssüf ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bugünkü gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtı onlar daha maraqlı bir işə sərf edə - əllərinə kitab alıb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilərlər. Doğrudur, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadəməlumatlanmaq imkanlarını genişləndirir. Lakin mütaliə də,özünüinkişaf üçün ən səmərəli vərdişdir.Kitab oxumağı, mütaliəni vərdişə çevirməyə çalışmalıyıq.Kitabın təbliği istiqamətində yeniyetmə və gənclərə nümunə, eyni zamanda dəstək olmalıyıq.

 

Kitabları alan gənclər hədiyyədən məmnun qaldıqlarını, bu kitabların şəxsi kitabxanalarını bəzəyəcəyini bildiriblər.Şəxsi kitabxanaları olmayan gənclər isə millər vəkili Naqif Həmzəyevin hədiyyə etdiyi kitabların onlara şəxsi kitabxanalarını yaratmaqda stimul olacağını bildiriblər.

 

Daha sonra gənclər qərara alıblar ki, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin “Kitab Klub”unda bir araya gəlib, hədiyyə aldıqları kitabları müzakirə etsinlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25