Modern.az

Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq – Arzu Nağıyev

Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq – Arzu Nağıyev

14 Oktyabr 2019, 16:48

Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarşı "Barış bulağı" əməliyyatına başlayıb. Lakin Türkiyənin həyata keçirdiyi bu əməliyyatla bağlı Avropa Birliyi öz narazılığını açıq şəkildə bildirib. Ağ Ev əməliyyata öncə razılıq versə də, sonradan rəsmi Vaşinqtonun Türkiyəyə qarşı sanksiya hazırladığı məlum olub.

Türkiyənin həyata keçirdiyi əməliyyatla bağlı təklənməyi gözlənilirmi?

 

Politoloq Arzu Nağıyev bildirib ki, Türkiyənin təklənməyi gözlənilmir.

“Belə bir əməliyyatın həyata keçirilməsi üçün Türkiyə ABŞ-la da razılığa gəldi. Məlum məsələdir ki, ABŞ çoxdan istəyirdi ki, qoşunlarını ordan çıxarsın. Türkiyənin əməliyyatı ABŞ-ın qoşunlarını həmin ərazidən çıxarması üçün bir imkan oldu. Təbii ki, məhudd sayda kontingenti terrorçu dəstələrin qarşısını almaq üçün saxlayacaqlar. Burda Avropanı qorxudan məsələlərdən biri odur ki, “İŞİD”in bir sıra nümayəndələri həbsdən qaçıb. Artıq Fransa və Almaniya buna görə açıqlama verib. Eyni zamanda məlumdur ki, 32 kilometrlik ərazi yaranacaq, Türkiyə öz ərazisindəki qaçqınları o ərazidə yerləşdirəcək. Bu da Türkiyənin müsbət mənada atdığı addımlardan biridir. Çünki Suriya rəhbərliyi bunu qəbul etmir. Bundan başqa, ABŞ iqtisadi sanksiyaların tətbiqi ilə bağlı bir neçə anons verib. Düşünürəm ki, müəyyən bir iqtisadi sanksiyalar tətbiq olunacaq”.

 

Arzu Nağıyev bildirib ki, bu məsələdə təkcə Türkiyə yox, Rusiya da xeyir qazanacaq.

“Ən problemli məsələ budur ki, qazanan tək Türkiyə deyil, həmçinin Rusiyadır. Düşünrəm ki, Qərbi və ABŞ-ı da qorxudan əsas məsələlərdən biri budur.  Eyni zamanda İran faktoru var. İran da bu məsələdən özü üçün nəsə əldə etmək istəyir. Türkiyə burda ilk istiqamətdə PKK-nı məhv edir, ikinci məsələ, Suriyada və Yaxış Şərqdə öz nüfuzunu bərpa edir. Üçüncü məsələ, isə bir müsəlman dövləti olaraq müsəlman dünyasında nüfuzlu dövlətə çevrilir və dövlətiçiliyini sübuta yetirməyə çalışır. Lakin bunun əks tərəfi də Qərbin və ABŞ-ın bunu tam şəkildə dəstəkləməməsidir. Çünki özləri seçkiylə bağlı siyasi işlərində mütləq şəkildə terror təşkilatlarından istifadə edirlər”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir