Modern.az

Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR

Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR

15 Oktyabr 2019, 11:55

Ermənilər rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” oktyabrın 14-də gerçəkləşdirib.

 

Modern.az xəbər verir ki, layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına  İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Şuşa məscidinin rekonstruksiyadan sonra açılış mərasiminə əcnəbi qonaqlar da qatılıb.

Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

 

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsədə  də ciddi dəyişikliklər aparıb.

 

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır