Arxiv
16 Oktyabr 2019, 11:20 | AKTUAL
Açıq Hökumət Planı layihəsində maliyyə şəffaflığı müzakirə olunub

Oktyabrın 4-də Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib.


Dövlət Miqrasiya Xidmətində keçirilən toplantıda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin nümayəndəsi, İşçi Qrupun üzvü dövlət orqanlarının əməkdaşları Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Platforma üzvü digər QHT-ləri təmsilçiləri iştirak ediblər. 


Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun  sayca 6-cı iclası keçirilir:  “İlin əvvəlindən bu proses gedir. Əvvəl “Yol xəritəsi” hazırlandı və təsdiq olundu, Açıq Hökumət üzrə milli koordinator seçildi. Yeni Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi qrupu bir çox istiqamətlər üzrə içlaslar keçirib. İşci qrupun içlasları açıq keçirilir və bütün QHT dəvət olunur. Bü günə qədər İşçi qrupun iclaslarında səhiyyə, təhsil elektron hökümət, vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr, həmçinin ümumi müzakirələr də keçirilib.


Bu gun maliyyə şəffaflığı ilə bağlı məsələ müzakirə olunur. Çünki Açıq Hökümətin əsas prinsiplərdən biri də ondan ibarətdir ki, ictimai vəsaitlər üzərində şəffaqlıq təmin olunmalıdır. Bu məsələ dövlət büdcəsinin hazırlanması, icrası, dövlət büdcəsinin təyinatı üzrə xərclənməsi, maliyyə nəzarət qurumlarının fəaliyyətində şəffaqlığın təmin edilməsi və s. məsələləri əhatə edir.


Platforma koordinatoru bilidirib ki, Auditorlar Palatasının təklifləri ilə yanaşı mədən sənayəsində şəffaqlıq, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi məsələsi maliyyə şəffaflığına daxil edilməlidir.


Daha sonra Əliməmməd Nuriyev maliyyə şəffaflığının gücləndirilməsi ilə bağlı təklifləri səsləndirib.          


Dövlətin maliyyə nəzarətini həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarətin təkmilləşdirilməsi, hökümətin parlamentə təqdim olunan büdcə zərfinə daxil olan sənədlər dəstinin internet resuslarında yerləşdirilməsi; Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi; büdcə qanun layihələrinin Hesablama palatasında yer alan təkliflər üzrə görülən işlər üzrə barədə Maliyyə Nazirliyi tərəfindən məlumatların hazırlanıb hesabat şəklində nazirliyin internet səhifəsində açıqlanması; dövlət büdcəsindən və büdcədən kənar fondlarla bağlı büdcənin hazırlanması və icrasından sonraki mərhələ ilə bağlı ildə ictimai dinləmələrin təşkil edilməsi; biznes, hökümət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın nəticəsi olaraq hökümətin hibrid - elektron və açıq mənbəli elektron satınalma sisteminin qurulması, mədən sənayesində bütün benefisarlar haqqında məlumatın ictimailəşdirilməsi; büdcə təşkilatların və dövlətin tam və qismən payı olan publik hüquqi şəxslərin illik maliyyə fəaliyyətləri ilə bağlı, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitdən və ya onlara verilmiş əmlakdan istifadə ilə bağlı məlumatların internet səhifələrində dərc olunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və məlumatların dərc edilməsinə ictimai nəzarətin gücləndirilməsi, MMC –lər haqqında açıq məlumat bazalarının yaradılması və digər təkliflər irəli sürülüb.


Müzakirə iştirakçıları  təkliflərlə bağlı öz fikirlərini açıqlayıblar.  Dövlət orqanlarının nümayəndələri təkliflər və qeydlərlə bağlı sualları cavablandırıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57 “Murov qartalı”nın doğum günü qeyd olundu - FOTO 11 İyul 2020, 13:50 Mərkəzi Bank bağlanan banklarla bağlı yeni məlumat YAYDI 11 İyul 2020, 13:42