Modern.az

“Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov

“Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov

16 Oktyabr 2019, 14:22

“Prezident İlham Əliyev Türk Şurasına xüsusi önəm verdiyi kimi, şuraya üzv dövlət və bu dövlətlərin liderləri də bu quruma nə qədər önəm verdiyini zirvədə iştirak etməklə təsdiq etdi. Bütün dünyanın gözü dünən Azərbaycanda idi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türk Şurası Gənclər Platformasının prezidenti MirHəsən Seyidov deyib.

 

Onun sözlərinə görə, zirvə görüşündə iştirak edən liderlərdən ən azı 4 nəfərin çıxışında gənclər və idman haqqında səsləndirdiyi fikirlər Türk Şurası Gənclər Platforması üçün fəaliyyət istiqamətini müəyyənləşdirir:

“Özbəkistan Prezidenti tərəfindən görüşdə Gənc Sahibkarlar Forumunun keçirilməsi mesajı, xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamət fəaliyyət planımıza daxil ediləcək.

Digər yandan, Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulanmış Zəngəzurun terrorçu ermənilər tərəfindən işğal altında olması türk dünyası üçün vacib mesaj idi. Quru sərhədlərində Zəngəzurun işğalda saxlanması bugün Türk Dünyası arasında bağlılığı itirir”.

 

Mirhəsən Seyidov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğın zirvə görüşündən bir gün öncə Dünya Türk İşadamları Toplantısında “Ümumtürk Diasporu” haqqında xüsusi mesaj vermişdi:

“Prezident İlham Əliyev isə bu haqda danışarkən “Bir millətin iki diasporası olmaz” fikrini xüsusi vurğuladı. Ərdoğanın isə zirvə toplantısında işğal altında olan torpaqların qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair BMT-də verdiyi mesajı üzərində durması, bu məsələnin qardaş ölkələrin ortaq maraqlarını əks etdirdiyini göstərir.

Macarıstan hökumətinin Türk Şurası üçün Avropada xüsusi ofis açması və Özbəkistanın artıq tamhüquqlu üzv qəbul olunması, eyni zamanda Türkmənistanın da zirvədə iştirakı bunu deməyə əsas verir ki, bu platforma daha da böyüyəcək və digər türk xalqları yaşayan ölkələrin də marağına səbəb olacaq”.

 

Platforma sədri hesab edir ki, üzv dövlətlər arasında gömrük, maliyyə dövriyyəsi, turizm məsələlərinə toxunan liderlər türk dünyası üçün yeni bir strateji inkişaf xəritəsi açır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?