Modern.az

Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR

Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR

17 Oktyabr 2019, 18:19

Prezident İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
Son illər ilk dəfə belə bir qəbul keçirən ölkə başçısı Azərbaycanda yol tikintisinin geniş vüsət aldığını bildirərək, bu sahəyə qoyulan sərmayənin səmərə verdiyini vurğulayıb.


“Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir”.

Milli Məclisin deputatları ölkə başçısının yol infrastrukturuna diqqətindən və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovu ayrıca qəbul etməsindən danışıblar.


Parlamentin Sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a Azərbaycanda bu sahədə olan neqativləri dəfələrlə parlamentdə səsləndirdiyini deyib. Onun sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyinin son illərdəki təqdiqəlayiq işi göz önündədir:


“Mən vaxtilə parlamentdə Bakı-Astara yolunun bərbad vəziyyətdə olduğunu bildirmişəm, çox kəskin tənqid etmişəm. Təsəvvür edin ki, 3,5 saata qət olunan yolu bu infrastrukturdakı islahatlardan sonra Bakıdan Lənkərəna qədər 2 saata gedirik. Yolun indiki keyfiyyəti olduqca yüksək səviyyədədir, dünya standartlarına cavab verir. Cənab Prezident ölkədə yol tikintisinə böyük diqqət göstərir. Mən vətəndaşların adından ölkə başçısına dərin təşəkürümü bildirirəm. Bu tendensiyanın davamlı olmasını arzu edirəm. Əhali kəndlərarası yolların da bu cür yüksək səviyyəli olmasını istəyir. Çox arzu edərdim ki, yollar elə tikilsin ki, yüksək keyfiyyətli olsun və onların təmirinə tez-tez ehtiyac duyulmasın”.


Deputat Məlahət İbrahimqızı
öz növbəsində yollardakı inkişafı, yenidənqurma işlərini yüksək qiymətləndirdiyini vurğulayıb:


“Bu infrastrukturda əldə olunan nəaliyyətlər göz önündədir. Heç də təsadüfi deyil ki, Azərbaycan bu göstəricilərə görə, dünya ölkələri arasında ilk “30-luq”dadır. 200-ə yaxın ölkənin içərisində bu yeri tutmaq böyük uğurdur. Mən əminən ki, bu sahədəki inkiaf davam etdiriləcək və təmirə ehtiyacı olan yollar da yenidən qurulub vətəndaşların istifadəsinə veriləcək”.


Milli Məclisin digər üzvü Tahir Süleymanov
ölkə başçısının keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə birmənalı şəkildə razı olduğunu bildirib. O, Saleh Məmmədovun Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə gəlişindən sonra bu sahədə ciddi yüksəliş olduğunu vurğulayıb:


“Mənim yaşadığım şimal bölgəsində yolların vəziyyəti olduqca qənaətbəşxdir. Hesab edirəm ki, Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbər gələndən sonra bu sahədəki problemlər öz həllini tapmağa başlayıb. Arzu edirəm ki, bu inkişaf davamlı olsun. Ucqar kənd yollarımız da yüksək standartlara cavab verən şəkildə təmir olunsun. Biz hər birimiz cənab Prezidentin səsləndirdiyi nöqsanların aradan qaldırılmasına çalışmalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır