Arxiv
18 Oktyabr 2019, 11:46 | ƏDƏBİYYAT
Quzunun qoç ola bilməməkliyi

Akif Cabbarlı
 

 (alleqorik hekayə)

 

“N” meşəsinin sakit, cazibədar guşələrindən birində gecə-gündüz işləyən çayxana-pitixana. Şahanə palıdların, qocaman cökələrin altında hərə öz babı, söztutarı ilə oturub yanğısını söndürür, söhbətləşir, mırt vururdu. Pələnglə dostlarının şaqqanağı demək olar ki, “N” meşəsinin hər bucağına yayılırdı. Kefcil, həm də ürəyiyumşaq Pələngin xasiyyətini qubernator Şir də bilirdi və Pələngin işgüzarlığını, ağayanalığını nəzərə alıb, hər deyəndə onun kefinə soğan doğramırdı. Onu da bilirdi ki, Pələng heysiyyətini hər şeydən üstün tutanlardan və qəlbinə dəyənləri çətin bağışlayanlardandır. Buna görə də Pələngin şıltaqlıqlarına çox vaxt göz yumurdu.


Pələnglə dostlarının söz-söhbəti uzanır, zarafat-zarafata, lətifə-lətifəyə calanırdı. Birdən Pələng qonşu kötüyün üstündə lal-dinməz oturub məsum-məsum boynunu buran Quzunu gördü. Körpə elə oturmuşdu ki, elə bil şəkil çəkdirirdi, amma gözlərinin içində qəribə bir yazıqlıq var idi. Pələng diqqətlə Quzunu nəzərdən keçirdi və onu da müşahidə elədi ki, qəfil qonağı Canavar və dostları möhkəmcə gözaltı eləyiblər. Tez-tez ona söz atır, bəlkə də Pələngin getməyini gözləyirdilər ki, işini bircə anda bitirsinlər. Pələng ab-havanı asan tutanlardandı və içindəki ədalət hissinin pıçıltısını aydın eşidirdi: - Quzu xilas olunmalıdır!


Pələng başını qaldırıb astaca səsləndi:


-Ay Quzu, bir bura zəhmət çəksənə, niyə tək oturmusan, dünya yiyəsiz deyil ki...


Quzu ehmal-ehmal Pələngin yanına yaxınlaşdı. Təklif olunan yerdə yumrulanıb oturdu. Başını qaldırmağa belə utanırdı. Canavar bu mənzərəni görən kimi dabanına tüpürdü. Çox keçmədən Quzu məclisə elə alışmış, elə oturaqlaşmışdı ki, deyirdin bəs yüz ildi bir-birini tanıyırdılar. Bu minvalla Quzu Pələngin “kruqu”na girdi və hamının sevimlisinə çevrildi. Bircə Şirin gözü yemirdi onu, həmişə ironiya ilə “nədir, yenə o Quzunu qudurtmusuz, hə?” - deyə onun qarasına deyinir, Pələngin xatirinə son çarəyə əl atmırdı.


Vaxt dolandı, Pələng başqa meşəyə yüksək vəzifəyə dəyişildi. Quzu bu müddətdə hamisini qətiyyən yada salmadı. Heç Pələngin də bu barədə düşünməyə vaxtı yox idi. Tale Pələngi yenidən “N” meşəsinə qaytardı - lap yüksək vəzifələrdən birinə. O, köhnə dostluğun xatirinə Quzunu yenə qanadının altına aldı və onu əsən yellərdən qorudu. Və günlərin birində Pələngi bu vəzifəsindən də uzaqlaşdırdılar. Quzu yenə hamisini birdəfəlik unutdu, yekə-yekə şeşələnib mər-mər mələdi ki, bəs guya göydən düşüb, ondan heç yerdə yoxdu. Tez-tez güzgüyə baxıb kəkilini yan darasa da, buxağını süni şəkildə aşağı sallasa da, elə əvvəlki quzu idi - başı qapazlı, gözüqıpıq. Ha əlləşirdi ki, Qoç statusu alsın, mümkün deyildi. Quzuluqdan heç cür çıxa bilmirdi. Tale onu elə Quzu yaratmışdı, Quzu kimi də öləcəkdi.


Pələng də ki, sakitcə oturmuşdu bir qıraqda, işləri ilə məşğul idi. Quzunu xatırlayırdımı? Nə bilmək olar, bəlkə yan-yörəsində növbəti bir quzu yetişdirirdi...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 14:52 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00