Arxiv
18 Oktyabr 2019, 18:28 | AKTUAL
“Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi təklikdə qəbul edib.

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edən Prezident həyata keçirilən tədbirlər barədə maraqlanıb.

Milli Məclisin deputatları ölkə başçısının “Dövlətqaçqınkom”un sədrini ayrıca qəbul etməsindən danışıblar.

Elman Məmmədov görüşü yüksək qiymətləndirərək bildirib ki, heç bir ölkədə məcburi köçkünlərə bu qədər qayğı, diqqət göstərilmir və güzəştlər edilmir:

“Bu gün ölkəni narahat edən çox ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsilə bağlı 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, iş şəraitin yaradılması və bu kimi problemlərin həlli ilə cənab Prezident və Birinci vitse-prezidentin rəhbərliyi ilə “Dövlətqaçqınkom”  məşğul olur. Görüş zamanı çox vacib bir rəqəm səsləndirildi. Bildirildi ki, bu illər ərzində qaçqın və məcburi köçkünlərimizə dövlət tərəfindən müxtəlif sahələr üzrə 7 milyard manatdan çox pul ayrılıb. Bu Azərbaycan Respublikasının ərazisi və əhalisi ilə nisbətdə dünya miqyasında çox böyük göstəricidir. Ulu öndərin hakimiyyətə gəldiyi gündən biz bu qayğını görmüşük və cənab Prezident də indi bu yolla gedərək, öz diqqət və qayğısını məcburi köçkünlərdən əsirgəmir”.

Flora Qasımova deyir ki, belə görüşlər, Prezidentin diqqət və qayğısı məcburi köçkünləri çox sevindirir.

“ Qaçqın və köçkün vətəndaşlarımızla bağlı problemlərə prezidentin şəxsən yanaşması çox böyük addımdır. Son zamanlarda köçkünlərin yerləşdirilməsi üçün salınan yeni qəsəbələrin sayı xeyli artıb, onların mənzil şəraiti yaxşılaşdırılıb. Əvvəl də qeyd edilmişdi ki, hər il 6 min köçkün ailəsi mənzillə təmin olunacaq. Bu istiqamətdə çox uğurlu işlər görülür. İndiyədək məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması üçün 7 milyard manatadək vəsait ayrılıb. Prezidentin Rövşən müəllimi qəbula çağırması çox doğru addımdır, hər bir sahədə ciddi nəzarət lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37