Arxiv
22 Oktyabr 2019, 10:56 | AKTUAL
Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrası, İnformasiya təhlükəsizliyi ixtisası növbəti uğura imza ataraq dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.

 

Modern.az xəbər verir ki, BANM-in Fortinet Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanını əldə edəcək.
Bu əməkdaşlıq nəticəsində tələbələrə pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi Üzrə Ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Həmin proqramın kurrikulumu təlimi keçən tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat / şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq.

Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə etmək üçün də çıxış əldə edəcək.
“Fortinet” şirkəti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış dünyaca məşhur şirkətlərdən biridir. Əsası 2000-ci ildə Amerikada qoyulmuş İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz İT infrastrukturu qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir. Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyası (FNSA) şirkət daxilində yaradılmış və informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12