Arxiv
22 Oktyabr 2019, 18:19 | AKTUAL
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ

“Elm həftəsi” çərçivəsində UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda ilk tədbiri təşkil olunub. 

 

Modern.az xəbər verir ki, Rektor, professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan iqtisadiyyatının araşdırma mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək  iqtisadi inkişafını araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu bildirən Ədalət Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır!” tezisinin tədqiqatlarda əsas tutulacağını diqqətə çatdırıb. 

 

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışldığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin vacibliyindən danışan mərkəz rəhbəri iqtisadiyyatın tarixinə qısa nəzər saldı. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi, ölkə enerjisinin 40%-ni təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor, Ermənistan iqtisadiyyatının 75%-nin Rusiyanın payına düşdüyünü deyib.

 

Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistana xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların ÜDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münaqişəsinin Ermənistan iqtisadiyyatına təsiri ilə bağlı sualları cavablandırılıb.

 

Millət vəkili Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr vericəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.

 

Tədbir müzakirələrlə davam edib. “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin vaxtilə Azərbaycanda böyük iqtisadi gücə sahib olduqlarını diqqətə çatdıraraq, onların sonradan bu güc sayəsində Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçirdiklərini bildirib, “Trend” İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini açıqlayıb.

 

Müzakirələrdən sonra təkliflər səsləndirilib.

Rektor Ədalət Muradov UNEC Eksterndə iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubun yaradılacağını, Ermənistan iqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində Məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44