Arxiv
22 Oktyabr 2019, 18:57 | AKTUAL
Fermerlər Şurasına yeni üzvlər qəbul olundu

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, toplantıda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

 

Görüşdə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Fərmandan irəli gələn vəzifələr, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydaları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara “Aqrar sığorta haqqında” qanunun işləmə mexanizmləri, bu qanunun fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.

 

Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı üçün nəzərdə tutulan dövlət dəstəyi tədbiri ilə bağlı fikirlərini bölüşüblər.

 

Fermerlər Şurasının üzvlərindən Əfras Əsgərov, Fatma Hüseynova və Əlibala Səlimov pambıq yığımının gedişi barədə məlumat veriblər. Qeyd olunub ki, dövlət dəstəyi və düzgün aqrotexniki qulluq nəticəsində bu il pambıqçılıqda yüksək məhsuldarlıq əldə olunub. Fermerlər Şurasının üzvləri Zəfər Nəsirov, Mirağa Həsənov, Jalə Əmirbəyova, Sevil Osmanova, Əhmədov Mehman, Murad Rüstəmov, Xanım Babayeva və digərləri aqrokimya laboratoriyalarının fəaliyyəti, kooperativlərin yaradılması zərurəti, əkin zamanı sertifikatlı toxumdan istifadə, aqrar xidmətlərin elektronlaşdırılması, keyfiyyətli və məhsuldar ting növlərinin satışı, intensiv bağların genişləndirilməsi,  məhsul satışının təşkili, aqrar sahədə peşəkar kadrların hazırlanması, meliorasiya məsələləri ilə bağlı təkliflər səsləndiriblər.

 

Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub.

Qeyd edək ki, Fermerlər Şurası ölkənin qabaqcıl fermerlərindən təşkil olunub. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40