Arxiv
23 Oktyabr 2019, 15:52 | AKTUAL
İcbari Tibbi Sığortanın tətbiqi 2021-ə qalır?

Hazırda Mingəçevir, Ağdaş, Yevlax və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığortanın 2020-ci ildən bütün ölkə üzrə tətbiq olunacağı açıqlanıb.

 

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

 

Modern.az-a a daxil olan məlumata görə, vətəndaşların böyük səbirsizliklə gözlədiyi layihənin gerçəkləşməsi daha bir il yubadılacaq. Qeyd olunur ki, icbari tibbi sığortanın ölkə üzrə 2021-ci ildən tətbiqilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi gözlənilir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq:

“Bu məqsədlə 28 dekabr 2018-ci il tarixində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib”.

 

Agentlikdən verilən məlumatda həmçinin qeyd olunub ki, qanunvericiliyə dəyişiklik olunduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həftə ərzində gözlənilən hava şəraiti açıqlandı 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05