Arxiv
27 Oktyabr 2019, 16:30 | DİASPOR
Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olundu - FOTO

 

Budapeştdə Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şərqi Avropada yaşayan və təhsil alan çoxsaylı soydaşlarımız iştirak ediblər.

 

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlanıb.

 

Tədbiri giriş sözü ilə açan səfir V.Quliyev Şərqi Avropada yaşayan azərbaycanlıların fəaliyyətindən danışaraq, soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib və nümayəndə heyətinin Macarıstana səfərinin səmərəli keçdiyini vurğulayıb. Diplomat deyib ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın tanıdılmasında böyük rol oynayırlar, amma bu prosesin daha da gücləndirilməsinə ehtiyac duyulduğundan təsis toplantılarının keçirilməsinın, Koordinasiya Şuralarının təsis edilməsinin  faydalı olacağına inanır.

 

Komitə sədri çıxışı zamanı dövlətimizin diaspor siyasətindən, dünya azərbaycanlılarının təşkilatlanma imkanlarından danışıb. Soydaşlarımızla bu cür açıq müzakirələrə ehtiyacın olduğunu vurğulayan F.Muradov bildirib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin müstəqilliyinin qorunması, dünyada tanıdılması, azərbaycançılığın yaşadılması istiqamətində çalışmalıdır. Bu baxımdan Şərqi Avropada yaşayan azərbaycanlıların intellektual potensialının yüksək olduğu vurğulanıb.

 

Komitə sədri toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Macarıstanda Azərbaycan evinin açılması nəzərdə tutulur və hazırda bununla bağlı müzakirələr aparılır.

 

Toplantıda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Diaspor gənclərinin II Yay Düşərgəsi zamanı keçirilmiş inşa müsabiqəsinin qalibi, hazırda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Lalə Zeynalovaya Dövlət Komitəsi adından hədiyyə təqdim olunub. Daha sonra Koordinasiya Şurası təsis olunub və əlaqələndiricilər seçilib.

 

Koordinasiya Şurasının fəaliyyət isiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, soydaşlarımızın problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qida zəhərlənməsi qan qusmağa səbəb olmur - Tələbələrlə bağlı MÜƏMMA 23 Noyabr 2019, 04:26 İranda 100-dək etirazçı lider həbs edilib - Onlar edam oluna bilər 23 Noyabr 2019, 04:05 Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL 23 Noyabr 2019, 03:35 Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı 23 Noyabr 2019, 03:06 İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI 23 Noyabr 2019, 02:54 Mehriban Əliyeva Valentina Matviyenko ilə şam yeməyində - FOTOLAR 23 Noyabr 2019, 02:24 Türkiyədə bir ilk - Qadın futbol klubunun prezidenti seçildi 23 Noyabr 2019, 02:22 "Qalatasaray” öz meydanında “Başakşəhər”ə uduzdu 23 Noyabr 2019, 02:17 Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqalı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Vladimir Putin Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21