Arxiv
28 Oktyabr 2019, 14:08 | DİASPOR
Pozneri susduran azərbaycanlı qız: “Tədbirdən sonra mənə yaxınlaşıb “sağ ol” deyirdilər”

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı əslən Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Belə ki, Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən, yəhudilərə qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:

 

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

 

Azərbaycanlı xanım Arzu Məmmədova Modern.az-a açıqlamasında deyib ki, Poznerə cavab vermək fürsətinin olduğunu biləndə heç nə düşünməyib:

 

“Mütləq sual verəcəyimi və bunun da Qarabağ haqqında olduğundan əmin idim. Sadəcə, bu sualın nə barədə olacağını düşündüm. Mən Bakıda doğulsam da, Azərbaycanda böyüməmişəm. Əslən qarabağlıyam. Ailədə 3 bacıyıq. Ölkədən kənarda yaşasaq da, həmişə Azərbaycanı təmsil edirik. Çünki Azərbaycan bizim vətənimizdir. Vətəndən uzaqda yaşasaq da, içimizdə vətən eşqi həmişə bizimlədir”.

 

Arzu Məmmədova qeyd edib ki, bu onun ilk addımı deyil:

“2014-cü ildə Çində Azərbaycanı gənc səfir kimi təmsil etmişəm. Azərbaycanın tarixdəki görkəmli xanımları haqqında bloqun yaradıcısıyam. Çalışdığım qədər Azərbaycanı təmsil edirəm, Azərbaycan üçün əlimdən gələni edirəm”.

 

Azərbaycanlı xanım bildirib ki, sualı çox uzun olsa da, fikirlərini ümumi auditoriyaya  çatdırmaq üçün daha doğru idi:

“Tədbirdən sonra Poznerə yox, mənə  yaxınlaşıb “sağ ol” deyirdilər. Mühazirə çox maraqsız keçmişdi. Hamı Poznerdən fərqli nəsə gözləyirdi. Tərcüməçilər belə mənə yaxınlaşıb dedilər ki, “sualın yaxşı olsa da, heç bir cavab almadın. Çox pauza verir, cümləni sonuna qədər bitirmirdi”. Bəziləri elə düşünürdülər ki, ora toplaşanların Qarabağ haqqında bilgiləri yoxdur. Ancaq elə deyildi. Hər kəs Qarabağ münaqişəsi barədə məlumatlı idi”.

 

Qeyd edək ki, Arzu Məmmədova  rusiyalı aparıcı Poznerə belə sual ünvanlayıb. 

“Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”, - deyə Arzu soruşub.

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04 Bakıda qanunsuz fəaliyyət göstərən şirniyyat sexləri AŞKARLANDI - FOTO 26 Fevral 2020, 16:59 Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB                26 Fevral 2020, 16:53