Modern.az

Bakıda hüquq müdafiəçisini maşın vurdu - VİDEO

Bakıda hüquq müdafiəçisini maşın vurdu - VİDEO

29 Oktyabr 2019, 21:03

Bu gün axşam saatlarında  hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

Modern.az xəbər verir ki, bu barədə Oktay Gülalıyevin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, hadisə metronun  "28 May" stansiyasının yaxınlığında baş verib. Oqtay Gülalıyev Səməd Vurğun bağının yanında yolu keçərkən piyada keçidinin üstündəvurulub.

Daha sonra hüquq müdafiəçisi sürücü tərəfindən 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. 

Hazırda reanimasiyada olan  Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi