Arxiv
30 Oktyabr 2019, 13:47 | MƏDƏNİYYƏT
SOCAR-ın videoçarxında səhvə yol verilib? - VİDEO

"SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) türk xalqının Cümhuriyyət bayramı münasibətilə videoçarx hazırlayıb. Təqdim olunan görüntülərdə 1921-ci ildə Azərbaycan əsgərlərinin Türkiyəyə İstiqlaliyyət müharibəsində yardımı öz əksini tapıb. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Azərbaycanın həmin ildə Sovet hakimiyyəti altında olduğunu nəzərə alsaq, “Azərbaycan ordusu” və ya “Azərbaycan əsgəri” kimi bir anlayışın olması 1921-ci il üçün qeyri-realdır.

Maraqlıdır, videoçarxda səhvliyə yol verilib, ya başqa səbəblər var ?

 

Modern.az məsələ ilə bağlı videoçarxın ssenari müəllifi deputat Musa Qasımlı ilə əlaqə saxlayıb. Millət vəkili videoda səhvin olmadığını bildirərək, məsələyə aydınlıq gətirib.

 

“1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunan zaman türk xalqı Mustafa Kamal Paşanın liderliyi ilə istiqlal savaşı aparırdı. Azərbaycan müstəqil olmasa da türklüyün və islamın mərkəzi olan Türkiyənin məğlub olmasını istəmir, ona imkanları daxilində hər cür yardım edərək Tükiyəyə yanacaq göndərirdi. Azərbaycan qadınları özlərinin ziynət əşyalarını, gəlinlər nişan üzüklərini belə Türkiyəyə göndərib. Hətta Mustafa Kamal Paşa Nəriman Nərimanova təşəkkür edəndə Azərbaycan hökümətinin başçısı bildirmişdi ki, qardaş qardaşa borc verməz. Türk istiqlal savaşında da azərbaycanlı gənclər iştirak edib, hətta Tükiyə böyük Millət Məclisi Hökumətinin qərarları ilə bir çox azərbaycanlı gənclərin hərbi təyyarəçilər məktəbinə qəbul edilməsinə dair arxivlərdə sənədlər var. Türk xalqı qələbə qazanarkən, Bakı, Gəncə və Tiflisdə azərbaycanlılar qurban kəsər , evlərinin balkonlarından türk bayraqlarını asardılar. Azərbaycan türk xalqının istiqlal savaşında iştirak edərək qələbədə müəyyən rol oynayıb. Hesab edirəm ki, SOCAR-ın təqdim etdiyi bu klip Azərbaycan-Türkiyə qardaşlığını, iki ölkənin çətin anlarda birlikdə olmağını nümayiş etdirən ən uğurlu kliplərdən biridir”.

Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi 1919-cu ildə başlayıb, 1922-ci ildə atəşkəsin əldə edilməsi ilə yekunlaşıb.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02 Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56