Arxiv
30 Oktyabr 2019, 17:04 | ANALİTİKA
Dini liderlərin Bakı sammitinin verəcəyi “Qarabağ” MESAJI 

Bu günlərdə Bakıda öz işini başa çatdırmış  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ölkəmizin evsahibliyi etdiyi növbəti beynəlxalq tədbir oldu.


60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi Zirvə Görüşündə 4 yekun sənəd imzalandı. Bu sənədlərdə əks olunmuş bir vacib məqam Azərbaycanın daha bir sahədə əldə etdiyi uğurun təsdiqi oldu.  Sammitin sənədlərində əks olunmuş  həmin məqamı  gələn ay Azərbaycanda keçiriləcək digər mühüm bir  zirvə görüşünə aparan körpü saymaq olar. 


Qoşulmama Hərəkatının sammitində iştirak edən  dövlət və hökumət başçıları imzaladıqları Yekun sənəddə Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

Sivilizasiyalar arasında dialoq platforması Bakının öz siyasətində prioritet verdiyi ən vacib amildir.  Gələn ay – noyabrda Azərbaycanda keçiriləcək Din xadimlərinin Bakı Sammiti  bu baxımdan özündən əvvəl keçirilmiş  Zirvə görüşünün məqsədlərini özündə əks etdirəcək mötəbər bir toplantı olacaq.


Əhəmiyyətinə görə, Qoşulmama Hərəkatının toplantısından geri qalmayacaq bu Sammit  birincidən fərqli olaraq, daha böyük arealı əhatə edəcək. Bakıya Avropa da daxil olmaqla bütün qitələri təmsil edəcək nufuzlu ruhanilər gələcək.


Verilən məlumatlara görə, dini liderlərin Bakı Sammitinə dəvət ediləcək şəxslərin böyük bir siyahısı hazırlanıb.


Ruhani liderlərin Bakı sammiti bir sıra parametrlərinə görə, unikal bir toplantıdır.  Dünyada dini şüarları siyasi “külüngə” çevirən qüvvələrin cövlan etdiyi bir vaxtda məbəd xadimlərinin Azərbaycanda toplaşması ölkəmizin bəyan etdiyi tolerantlıq siyasətinə etimadın nümayişi saymaq olar.  


Bakı zirvə görüşü nə ilə mühümdür?


İlk olaraq onu vurğulamaq olar ki,  bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü və dünyada təbliğ etdiyi tolerantlıq və birgəyaşayış prinsiplərinin əyani şahidliyinə imkan yaradacaq. Müxtəlif səmavi dinləri təmsil edən ruhani rəhbərlər çoxkonfessiyalı Azərbaycanda dövlətin apardığı dini siyasəti yaxından izləyəcək, din-dövlət münasibətlərində qurulmuş əməkdaşlıq modeli ilə tanış olacaqlar. Sammit növbəti dəfə Azərbyacanın dini siyasətinin miqyaslı təqdimatına bir fürsət olacaq.


Prezident İlham Əliyevin apardığı bu kurs Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin fəal dəstəyi ilə artıq bir neçə ildir ki, ardıcıl şəkildə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təqdim olunur.  Şeyxulislam Allahşükür Paşazadənin təşkliatçılığı il ötən il İspaniya, Almaniya, Avstiryada keçirilmiş beynəlxalq konfranslar ölkəmizin bəyan etdiyi bu prinsiplərin təbliğində əhəmiyyətli rolunu oynayıb və dövlətin bununla bağlı işlərini tanıda bilib.


Bakı sammiti isə qonaqlara “evdə” vəziyyətlə tanış olmaq imkanı yaradacaq. Yüzlərlə dini rəhbərin və ictimai xadimin qatılacağı bu sammit  Azərbaycanın regionun sabit və təhlükəsiz ölkəsi olduğuna şahidlik edəcək. Bu, həmçinin dövlətimizin modern ölkə olaraq Avropaya inteqrasiyasının nümayişi baxımından vacib məqamdır.   


Daha mühüm amil  Sammitdə ölkəmizin üzləşdiyi ağrılı problem - Qarabağ münaqişəsinin gündəliyə çıxarılması olacaq.


Bu gün ruhani sözü dünyada münaqişələrin həlli prosesində eşidilir. Nufuzlu din xadimlərinin qanlı davalara, səbəbsiz insan itkilərinə ürəkağrısı ilə etirazı və onların həllində iştirakı bugünkü siyasi müstəvinin ön cizgilərindən biridir. Siyasi mübahisələri, ərazi iddialarını körükləyən münaqişləri dini səbəbə bağlamaq istəyən qüvvələrə qarşı humanist cəbhənin dayanması günün vacib çağırışlarına çevrilib.


Ölkəmiz də zamanında Qarabağ probelmini ərazi yox, “dini mahiyyət” daşıması barədə erməni siyasətçilərinin sərsəm iddiaları ilə üz-üzə qalıb. QMİ-nin bu sahədə apardığı ardıcıl iş münaqişənin heç bir dini motiv daşımadığını dünyaya subut
edə bildi.


QMİ-nin qatıldığı bütün tədbirlərdə Qarabağ qırmızı xətlə keçib.


Bakı Sammiti də burada istisna təşkil etməyəcək. Bütün dünyadan - Vatikandan tutmuş Müqəddəs İslam ocağının yerləşdiyi ölkələrədək Bakıya gələcək nufuzlu ruhanilər birgəyaşayışın mesajlarını verəcək və münaqişəyə dini çalar vermək istəyən qüvvələri lənətləyəcəklər. Bu baxımdan belə mötəbər toplantıda Qarabağ münaqişəsi ilə bağlı sülh çağırışını eşitməməzilyə vurmaq çətin olacaq.  


Nəzərə alsaq ki, sammitə Qoşulmama Hərəkatının üzv dövlətlərinin etiqad etdiyi dinləri təmsil edəcək xadimlər də gələcək, o zaman zirvə görüşünün Bəyanatları  Qoşulmama Hərəkatının qəbul etdiyi Yekun sənədinin çağırışları ilə də üst-üstə düşəcək. Bu isə  ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək.


Qoşulmama Hərəkatının sammitinin gündəliyi daha çox siyasi-iqtisadi yük daşıyırdısa, ruhanilərin Bakı zirvə görüşündə ağırlıq daha çox humanitar məsələlərin üzərinə düşəcək. Səmavi dinlərin nümayəndələri Ermənistanın işğal etdiyi torpaqlarımızda din və mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmin şahidi olacaq, əsir və girovlar din xadimlərinin diqqətinə çatdırılacaq.  


Odur ki, dini liderlərin Bakı Sammitinin  uğurlu nəticələrlə yadda qalacağına ümid etmək olar.


Sammitdə “Qarabağ üçün sülh” çağırışları Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqi və münaqişənin həlli üçün iradəsinin nümayişinə çevriləcək.


Xanlar Muradov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər… 11 Dekabr 2019, 08:46 Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı 11 Dekabr 2019, 08:41 Çempionlar Liqasında 6-cı tur yekunlaşır - “Qalatasaray” üçün çətin sınaq - TƏQVİM 11 Dekabr 2019, 08:28 Bu komandalar da Çempionlar Liqasının 1/8 finalına çıxdılar 11 Dekabr 2019, 08:23 Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37