Arxiv
1 Noyabr 2019, 22:16 | QARABAĞ
Azərbaycandan ABŞ-a etiraz NOTASI

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib.

Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

XİN beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir söyüş söyən mühacir saxlanıldı - FOTO 14 Noyabr 2019, 10:46 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır 14 Noyabr 2019, 10:42 Birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib 14 Noyabr 2019, 10:35 “Ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb” - Statistika Komitəsi 14 Noyabr 2019, 10:28 Doktoranturaya qəbul qaydaları dəyişdi 14 Noyabr 2019, 10:22 Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR 14 Noyabr 2019, 10:17 “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - Nuşirəvan Məhərəmli 14 Noyabr 2019, 10:03 Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil” 14 Noyabr 2019, 09:55 Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI 14 Noyabr 2019, 09:46 Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ 14 Noyabr 2019, 09:40 Ermənistan atəşkəsi 21 dəfə pozdu 14 Noyabr 2019, 09:29 Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur... 14 Noyabr 2019, 09:28 Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...” 14 Noyabr 2019, 09:23 Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur 14 Noyabr 2019, 09:03 Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq 14 Noyabr 2019, 08:54 Almaniyada miqrant alveri edən azərbaycanlılar tutuldu - ADLAR 14 Noyabr 2019, 08:46 Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin ŞOK STATİSTİKASI 14 Noyabr 2019, 08:36 Kollecdə silahlı insident: 2 ölü, 3 yaralı 14 Noyabr 2019, 08:30 Türk serialları ölkəyə 500 milyon dollar gəlir gətirib 14 Noyabr 2019, 08:25 Dünyanın dini liderləri Bakıya TOPLAŞDI 14 Noyabr 2019, 08:13 Türkiyədə hərbi hissədə partlayış oldu 14 Noyabr 2019, 00:43 Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO 14 Noyabr 2019, 00:21 Türkiyə millisi Ermənistana şans vermədi 14 Noyabr 2019, 00:02 Azərbaycan nefti cüzi ucuzlaşıb 13 Noyabr 2019, 23:44 Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu 13 Noyabr 2019, 23:25 Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38