Modern.az

Fədayə Laçın səhnəyə qayıdır - yeni mahnıları olacaq

Fədayə Laçın səhnəyə qayıdır - yeni mahnıları olacaq

5 Noyabr 2019, 13:57

Artıq bir neçə vaxtdır ki, müğənni Fədayə Laçın azadlıqdadır. Müğənnin hazırda vəziyyəti necədir? Nə vaxt səhnəyə qayıdacaq? Bu haqda Modern.az Fədayə Laçının bacısı İlahə Fəda ilə əlaqə saxlayıb.

 

İlahə Fəda bacısı haqqında saytımıza bunları söyləyib.

 

“Fədayənin vəziyyəti çox yaxşıdır. Allaha şükür səhhətində də heç bir problemi yoxdur. Həbsdən təzə çıxıb deyə dincəlməyə ehtiyacı var. Bəlkə də yorğunluqdandır, ona görə də fikirləşir ki, bir az da dincəlsin. Yeni mahnılar haqqında düşünür. Fikirləşir ki, repertuarında dəyişikliklər etsin. Çünki, Fədayə sevənlər ondan yeni mahnılar gözləyir. İki həftədən sonra artıq efirlərə də çıxacaq, toy məclislərinə də gedəcək. Hazırda öz evindədir, hələ ki, danışmaq istəmir. Bir bacı kimi, sizə minnətdaram ki, hər zaman Fədayəni diqqətdə saxlamısınız. İnşallah ki, yaxın günlərdə Fədayə yenidən səhnədə olacaq”.

 

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçına 5 il azadlıqdan məhrumedilmə cəzası verilib, lakin cəzası 2 ilə endirildikdən sonra, bu ilin oktyabrın 29-da azadlığa çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir