Modern.az

Daha bir partiya bələdiyyə seçkilərində iştiraka QƏRAR VERDİ

Daha bir partiya bələdiyyə seçkilərində iştiraka QƏRAR VERDİ

5 Noyabr 2019, 17:19

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın - Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Dairə Seçki Komissiyalarına müraciət edib:

“11899 nəfər fərdi qaydada, 11839-u siyasi partiyalar tərəfindən, 30 nəfər isə təşəbbüs qruplarından namizədliyini irəli sürüb”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir