Arxiv
7 Noyabr 2019, 10:00 | MƏDƏNİYYƏT
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmaq istəyir: “Niyə də qəbul etməsinlər?”

Son zamanlar sosial şəbəkələrdə müğənni Elza Seyidcahanla bağlı bir xəbər yayılıb. Xəbərdə bildirilir ki, müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət etsə də, ərizəsinə baxılmayıb. Modern.az informasiyanı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb.

 

Respublikanın əməkdar artisti Elza Seyidcahan saytımıza açıqlamasında bu xəbərin yanlış olduğunu bildirib:

 

“Niyə axı yalandan danışırlar ki? Mən nə vaxt müraciət etmişəm ki, ərizəmə də baxılmasın? İndiyə qədər bir dəfə də olsa, müraciət etməmişəm. Düşünürəm ki, müraciət etsəm qəbul edərlər. Niyə də qəbul etməsinlər ki? Düzü bu barədə fikrim var. Mən də istəyərəm ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olum. Təbii ki, o da qismət olsa”.

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bu barədə məlumatsız olduğunu söyləyib.

“Düzü bu müraciətlə bağlı heç bir məlumatım yoxdur. Ancaq ərizəyə baxılmayıb nə deməkdir ki? Azərbaycan Yazıçılar Birliyinin özünün qəbul komissiyası var. Üzv olmaq istəyənlər üçün də xüsusi qaydalar nəzərdə tutulub. Üzv olmaq istəyən şəxs ən azı iki kitabın müəllifi olmalıdır, üç nəfərdən zəmanət almağı isə mütləqdir. Həmin o üç nəfər Azərbaycan Yazıçılar Birliyinin katibliyində ( yəni aparatda) təmsil olunmamalıdır. Üç nəfər zəmanət verən şəxs 10 il Azərbaycan Yazıçlar Birliyinin üzvü olmalıdır. Dövrü mətbuatda, xüsusilə Azərbaycan Yazıçılar Birliyininin orqanlarında çap olunmalıdır. Bütün bunlardan sonra, fərqi yoxdur ya Elza olsun, ya da digəri üzvlüyə qəbul olmaq üçün müraciət edə bilər. Nəhayət qəbul komissiyasının üzvləri  bu məsələyə baxandan sonra, əgər məqsədəuyğun hesab edirlərsə, üzvlüyə qəbul edirlər”.

 

Mətbuat xidmətinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin qurultaya qədər üzv olmaq məsələsini dayandırdığını da qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik” - Hikmət Hacıyev 22 Yanvar 2020, 16:15 Sabah bu marşrut xətti üzrə avtobuslar dəyişdiriləcək 22 Yanvar 2020, 16:03 Metroda və avtobuslarda cibgirlik edən şəxs SAXLANILDI 22 Yanvar 2020, 15:56 Uşaqlara verilən ADLAR - Ötən il Yusif, Zəhra, bəs 2020-ci ildə? 22 Yanvar 2020, 15:50 Putin: “Rusiyaya güclü prezident hakimiyyəti lazımdır” 22 Yanvar 2020, 15:44 İTV Eurovision-2020” üçün mahnı qəbulunu elan etdi 22 Yanvar 2020, 15:37 Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi 22 Yanvar 2020, 15:30 Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm” 22 Yanvar 2020, 15:23 Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK 22 Yanvar 2020, 15:17 Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - FOTOLAR 22 Yanvar 2020, 15:10 Azərbaycanda ölənlərin sayı azalıb 22 Yanvar 2020, 15:05 AFFA bir neçə futbolçunu cəzalandırdı 22 Yanvar 2020, 15:00 Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində 22 Yanvar 2020, 14:54 Oqtay Əsədov “Facebook”a gəldi  22 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Anar Məmmədovun  təşviqatı davam edir - FOTOLAR 22 Yanvar 2020, 14:41 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüşlər keçirib - FOTO 22 Yanvar 2020, 14:40 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 22 Yanvar 2020, 14:33 İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08 İranın daha bir komandiri öldürüldü 22 Yanvar 2020, 14:02 UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO 22 Yanvar 2020, 13:56 Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə 22 Yanvar 2020, 13:50 Ziyafət Əsgərov Astarada seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 13:44 Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 13:40 Deputatlığa namizəd Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını Vətən tarixi təşkil edir 22 Yanvar 2020, 13:37 AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir 22 Yanvar 2020, 13:36 Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT 22 Yanvar 2020, 13:30 Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçiriləcək 22 Yanvar 2020, 13:24 Sabahın hava proqnozu AÇIQLANDI 22 Yanvar 2020, 13:17 Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU 22 Yanvar 2020, 13:12 9659 fermerin torpaq sənədləri peykdən yoxlandı 22 Yanvar 2020, 13:06 Dadaş Dadaşlinskinin müsahibələrindən maraqlı anlar – I HİSSƏ - VİDEO 22 Yanvar 2020, 13:00
SORĞU Yeni parlamentdə kimlər olsun?