Modern.az

Qorxmaz Hüseynov:Azərbaycan rayonlarının su pasportu hazırlanır” 

Qorxmaz Hüseynov: “Azərbaycan rayonlarının su pasportu hazırlanır” 

Aktual

7 Noyabr 2019, 11:32

"Azərbaycanın bütün rayonlarının su pasportunu hazırlayırıq". 

 

Modern.az xəbər verir ki, bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC- nin sədri Qorxmaz Hüseynov deyib. O, qeyd edib ki, hər bir rayonda əhalinin su təchizatı, suyun mənbəyi, keyfiyyəti və s. məsələlər həmin məlumatlarda əks olunur:

 

"Yağıntıların son zamanlar azlığı su mənbələrində çətinliklər yaratdı. Gədəbəyddə alternativ mənbələr yaradıldı. Şamaxıda bu prosesin ilin sonuna başa çatması gözlənilir. Tovuzda və Şəkidə isə işlər gələn il üçün planlaşdırılır". 

 

"Azərsu" sədri bildirib ki, regionlarda suyun keyfiyyəti ilə bağlı strateji yol xəritəsinin tələblərinə əməl olunur:

 

"Xəritəyə uyğun sukanal idarələri və regional laboratoriyalar yaradılıb. Həmin laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub"

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir