Modern.az

ABŞ “Əl Qaidə” liderlərinin başına 10 milyon dollar mükafat qoydu

ABŞ “Əl Qaidə” liderlərinin başına 10 milyon dollar mükafat qoydu

8 Noyabr 2019, 10:05

ABŞ Dövlət Departamenti “Əl Qaidə” qruplaşmasının 2 lideri haqqında informasiyaya görə 10 milyon dollar mükafat təyin edib.

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

 

Dövlət Deparatamenti “Rewards for Justice” (Ədalət naminə mükafat) proqramı çərçivəsində Saad bin Atef əl-Əvlakinin şəxsiyyətini yaxud gizləndiyi yeri müəyyən etməyə imkan verən informasiyaya görə 6 milyon dollar, İbrahim Əhməd Mahmud əl-Kosi üçün isə analoji məlumata görə 4 milyon dollar vəd edir.

Dövlət Departamenti 1984-cü ildə əsası qoyulan “Ədalət naminə mükafat” proqramı çərçivəsində terrorçular barədə dolğun informasiya verən 100-dən artıq şəxsə 150 milyon dollar pul ayırıb.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?