Modern.az

Bayram günü Bakıdan Gəncəyə gedənlərin nəzərinə!  

Bayram günü Bakıdan Gəncəyə gedənlərin nəzərinə!  

8 Noyabr 2019, 15:47

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən məlumat verilib.

 

Qeyd olunub ki, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir:

 

“Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə
çatacaq.



Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-də
Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.

 

Saat 1700-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 2115-də Bakıya çatacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir