Modern.az

Məhkəmə Trampı 2 milyon dollar cərimələndi

Məhkəmə Trampı 2 milyon dollar cərimələndi

8 Noyabr 2019, 20:02

Nyu York ştatının Ali məhkəməsi ABŞ Prezidenti Donald Trampın 2 milyon dollar təzminat ödəməli olduğu barədə hökm çıxarıb

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar 2016-cı il prezident seçkiləri ərəfəsində “Trump Foundation” fondunun seçki kampaniyasına vəsait köçürməsi ilə bağlıdır.

Yekunda həmin vəsait müharibə veteranlarına yardım fonduna keçirilsə də, seçki kampaniyasına Tramp fondu tərəfindən yardım edilməsi qanunsuz hesab olunub.

D.Tramp məhkəmənin qərarı ilə razı olmadığını bildirsə də, həmin vəsaiti məmnuniyyətlə xeyriyyə məqsədləri üçün ödəyəcəyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir