Modern.az

Bakıda tələbəni öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda tələbəni öldürən şəxsin məhkəməsi başlayıb

9 Noyabr 2019, 13:57

Bakı Ağır Cinayətlər Məhkəməsində tələbəni döyə-döyə öldürməkdə təqsirləndirilən Cümşüd Balabəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

“Report”un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə bu il mayın 14-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş verib. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Bakı İdarəetmə və Texnologiya Kollecindən verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərov və C.Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Q.Əsgərov dünyasını dəyişib.

 

C.Balabəyovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi