Arxiv
10 Noyabr 2019, 13:00 | AKTUAL
Tofiq Zülfüqarov: “Qazax sərhədində təxribatların əsas məqsədi hərbi əməliyyatların bərpasıdır”  

Son zamanlar Qazax rayonun Ermənistanla sərhədində insidentlərin artması diqqət cəlb edir. Ermənilərin cəbhə xəttində deyil, xüsusilə Qazax istiqamətində aktivləşməsi hansısa siyasi məqsədlərinin olması haqqında versiyaları gücləndirir.

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da ermənilərin siyasi niyyətlərinin olmasını təsdiqləyib:

 

 

“Erməni tərəfi hərbi əməliyatların bərpasını bu və ya digər şəkildə reallaşdırmaq niyyətindədir. Məqsəd budur ki, hərbi əməliyyatlar bərpa olunsa, onların nəticəsindən asılı olamayaraq, Rusiya tərəfi ittiham olunacaq. Çünki Rusiya rəhbərliyi Paşinyanı qəbul etmir. Paşinyan isə istəyir ki, ittihamdan sonra hansısa əsasların üzərində Qərbyönümlü siyasətini həyata keçirsin. Ona görə, Qazax bölgəsindəki təxribartların məqsədi də aydındır. Bu istiqamətdə hərbi əməliyyatlar bərpa olunsa Paşinyan KTMT-nin üzvü olaraq, müraciət edəcək. Təbii ki, bu köməyi o almayacaq. Ona görə, bu şəkildə Rusiyanı və ittifaqın digər iştirakçılılarını ittiham edəcək.

 

Ona görə, fikir verin, digər istiqamətlərdə sakitlikdir. Amma Qazax sərhədində təxribatlar daim olur. Bunun isə dediyim kimi, əsas məqsədi hərbi əməliyyatların bərpasıdır. Paşinyan başa düşür ki, Azərbaycan Ordusundan güclü zərbə alacaq. Azərbaycan tərəfi hansı yüksəkliyi geri alsa Azərbyacanı da işğalçılıqda ittiham edəcək”.

 

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, Qazax istiqamətindəki mövqelər strateji əhəmiyyət daşıyır və düşmənin təxribatlarının qarşısını almaq üçün Dövlət Sərhəd Xidmətinin əsgərləri həmin əraziləri bizim nəzarətimizə qaytarıblar:

 

 

 

“Qazaxın 7 kəndi hələ də erməni işğalındadır. Amma Dövlət Sərhəd Xidməti həmin əraziləri Müdafiə Nazirliyindən təhfil alandan sonra xeyli mühəndis istehkam işləri görüb və düşmən də bunu həzm edə bilmir.

 

Bundan bir müddət əvvəl mülki şəxsi şəhid etdilər. Düşmən də düşünürdü ki, Dövblət Sərhəd Xidmətinin döyüş təcrübəsi yoxdur. Amma onlar da yanıldılar. Dövlət Sərhəd Xidmətinin komandanı, müavinləri daimi olaraq əsgərlərin yanındadır və bütün məsələlər operativ həllini tapır. Buna baxmayaraq düşmən öz təxribatlarını davam etdirir. Orada quraşdırılmış xüsusi avadanlıqlar var ki, əsgərlərimiz onları daim nəzarətdə saxlayır, daim izləyirlər. O istiqamətdə sərhəd diviziyamız fəaliyyət göstərir və kifayət qədər hazırlıqlı əsgərləri var. Bu istiqamətdə düşmənin bir neçə tanınmış kəskin atıcısı məhv edilib. Bu snayperlər bir neçə Azərbaycan əsgərinin şəhid edilməsinə səbəb olublar. Bildiyim qədərilə düşmən snayperlərin məhv edilməsindən narahatdır və başqa snayper dəstələri cəlb ediblər. Amma onlar o qədər təhlükəli deyillər.

 

Düşmənin təxribartlarının ana xətti qorxu yaratmaq istəyidir. Amma Azərbaycan əsgərinə qarşı bunu bacara bilmirlər. Silahlarımız, avadanlıqlarımız müasirdir, əsgərlərimiz isə hazırlıqdır. Ona görə, bizim hər hansı narahatlığımız yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23
SORĞU Yeni parlamentdə kimlər olsun?