Modern.az

Sabahın havası açıqlandı: 22 dərəcə isti olacaq

Sabahın havası açıqlandı: 22 dərəcə isti olacaq

Aktual

11 Noyabr 2019, 12:38

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

 

Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeronda gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava ssasən yağmursuz eçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir