Arxiv
11 Noyabr 2019, 20:30 | AKTUAL
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı

"Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər ki, Qarabağı azad etmək üçün ruslara pul verib Azərbaycana gətirmək lazımdır. Şübhəsiz, bu, bütövlükdə Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması demək idi. Bu, həmin Araz Əlizadədir".

Modern.az  xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov qeyd edib.

O, millət vəkili Araz Əlizadəyə türklərlə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərə görə kəskin iradını bildirib:

“Bu, Güneydə qardaş-bacılarımıza divan tutan fars rejimini həmişə tərifləyən Araz Əlizadədir. Nuru Paşa şəxsiyyətinə həqarət edən heç vaxt millətimin vəkili ola bilməz. Sinəndə gəzdirdiyin Azərbaycan bayrağının üzərindəki göy rəng soyumu, kimliyimi dünyaya bəyan edir. Bundan xəbərin yoxdursa, sən o bayrağa heç layiq deyilsən. Araz Əlizadə, sən Nuru Paşanı muzdlu adlandırırsan? Sevdiyin bolşeviklərin, onların himayə etdikləri daşnakların işğal etdikləri gənc Cümhuriyyətin paytaxtı Bakını zir-zibildən təmizləyən Nuru Paşa, əlbəttə ki, xalqımızın xilaskarı, başımızın tacıdır. Nuru Paşanı yalnız daşnaklar və bolşeviklər, indi isə siz, Araz Əlizadə “muzdlu” deyə çağırır. Ucuz şou yaratmaqla gündəmdə qalmaq istəyirsiniz?! Öz işinizdir. Amma milli dəyərlərimiz sizin üçün oyuncaq deyil. Millət vəkili kimi hələ də məşğul olmağa bir ciddi iş tapmamısınızsa, gedin siyasi təlxəklik edin. Bu sizdə daha yaxşı alınardı. Nuru Paşa kimi dəyər sizin ağlınızın səviyyəsi deyil və ola bilməz”.

M.Mənsimov Araz Əlizadəni danışarkən diqqətli olmağa çağırıb:

“Keçmişindən bixəbər olanın gələcəyi yalnız məhvdir. Bizim tariximiz və soyumuz o qədər gözəldir ki, başqaları bizə həsəd aparırlar. Türk olmaq – şərəfdir, qürurdur! Güneydəki soydaşlarımız “Biz türkük” deyə mücadilə aparırlar. Biz isə “türk deyilik” deməyə başladıq? Siz rusdilli ola bilərsiz, amma rusun dediyi kimi düşünməyəcəksiz. Biz Azərbaycan türküyük! Övladlarımızı da belə tərbiyə etməliyik. Təəssüf ki, sinəsində türkün müqəddəs bayraqlarından olan Azərbaycan bayrağını daşıyan Araz Əlizadə belə sözlər danışıb. Türkün türkdən başqa dostu yoxdur. Türkiyə türklərini bizdən küsdürməyin. Kəlmənizə diqqət edin. Axı siz Rusiyanın yox, Azərbaycanın millət vəkilisiniz, deyilmi?!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53