Modern.az

Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur”

Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur”

12 Noyabr 2019, 17:29

“Gələn ilin dövlət büdcəsi investisiya tutumlu sosial büdcədir. Büdcə həm iqtisadi inkişafımızın daha da yüksəlməsinə, həm də əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edəcək”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü Musa Quliyev parlamentdəki büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin 40 faizə yaxını sosial sahəyə aid edilir:

"Bu il sosial müdafiə sahəsində xüsusi il olub. Həmçinin, bu il ölkə başçısı tərəfindən imzalanan 30-a yaxın fərman və sərəncam, iki mühüm sosial paket sayəsində minlərlə insanın rifah halı daha da yaxşılaşıb. Hər il ölkədə əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur".

M.Quliyev əlavə edib ki, vergi uçotu və sığorta bazasının təkmilləşdirilməsi ilə bağlı yeni üsullar tapılmalıdır:

"Yeni iş yerlərinin açılmasında, əmək müqavilələrinin bağlanmasında şəffaflığı təmin etmək üçün kiçik və orta sahibkarlar 5 il müddətində vergi ödəmələrindən azad edilib. Bu, həm sahibkarların fəaliyyətinin, həm də sığorta bazarının genişlənməsinə xidmət edir".

M.Quliyev çıxışının sonunda təmsil olunduğu Gəncə şəhərində 3 saylı təcili tibbi xəstəxananın təmir edilməsini xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır