Arxiv
12 Noyabr 2019, 19:37 | AKTUAL
“Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov

“Dövlət büdcəsinin layihələndirildiyi dövr  dünya üzrə makroiqtisadi və siyasi amillərin təsiri ilə formalaşan müxtəlif meyllərin təsirinin dəyişkənliyi ilə xarakterizə oluna bilər. 2019-cu ilin ötən dövrü qlobal iqtisadi mənzərədə qeyri-müəyyənliyin yüksəlməkdə davam etdiyi, geosiyasi gərginliklərin iqtisadi tərəddüdlərin əsas determinantlarından birinə çevrildiyi, mühüm iqtisadiyyatlarda artım tempinin səngidiyi, qlobal ticarəti zəiflədiyi bir dövr olub”.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün 2020-ci ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

 

Palata sədrinin sözlərinə görə, dövlət büdcəsinin gəlir və xərcləri müstəqilliyimizin manat ifadəsində ən böyük göstəricisi olmaqla neftin qiymətinin əvvəlki ilə nisbətən aşağı götürülməsi, Dövlət Neft Fondundan transfertin məbləğinin və bu transfertin büdcə gəlirlərində payının azalması, qeyri-neft gəlirlərinin neft gəlirləri ilə müqayisədə daha sürətli artımı və makroparametrlərin müsbət dinamikalı meylləri fonunda artımla proqnozlaşdırılıb:

 

“Hesablama Palatası bəzi tədiyə növləri üzrə gəlirlərin məbləğlərinin makroiqtisadi göstəricilərə adekvat şəkildə proqnozlaşdırıldığı, eyni zamanda, bəzi növlər üzrə əlavə potensialın mövcud olduğu qənaətindədir və bu qənaətin əsasları ilə bağlı Rəydə geniş məlumat təqdim edilib. 

Dövlət büdcəsinin gəlirləri ilə bağlı cari ildə atılan addımların müsbət nəticələri növbəti ilin layihəsində də əks olunub. Ümumilikdə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) məqsədilə bu baxımdan konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının hazırlanmasının daha münbit şəraiti formalaşdıracağı qənaətindəyik”.

 

V.Gülməmmədov qeyd edib ki, təqdim edilmiş qanun layihəsini fərqləndirən məqamlardan biri 2019-cu ildən başladığımız büdcə qaydasına edilmiş dəyişikliklər nəzərə alınmaqla tətbiqidir:

 

“Qüvvədə olan qanun və “Büdcə zərfi”nin müqayisəsi növbəti ilin dövlət büdcəsinin yeni dəyişiklik nəzərə alınmaqla büdcə qaydasına riayət edilməklə proqnozlaşdırıldığını qeyd etmək imkanı verir”.

 

Onun sözlərinə görə, Hesablama Palatasının rəyində bir sıra istiqamətləri əhatə edən tövsiyələr də əks etdirilib.

 

“Tərəfimizdən investisiya layihələrinə yönəldilən vəsaitlərin səmərəliliyin yüksəldilməsi məqsədilə tikinti, memarlıq və şəhərsalma sahəsində ehtimal olunan qiymətlərin müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması, informasiya sistemlərinin yaradılması proseslərinin davamlı inkişaf prinsiplərinə əməl edilməklə və inteqrasiya tələbləri nəzərə alınmaqla yaradılması, ümumiyyətlə, İKT layihələrinin səmərəlilik, nəticəlilik baxımndan qiymətləndirilməsini təmin edən tədbirlərin həyata keçirilməsi,dövlət büdcəsindən qeyri-kommersiya və kommersiya təşkilatlarına verilmiş vəsaitlərinxəzinə müşaiyəti ilə icra edilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üzrə normaların təkmilləşdirilməsi ilə bağlı maliyyə inzibatçılığının gücləndirilməsi və s. istiqamətlərdə tövsiyələr təqdim edilib.

 

Çıxışımda dövlət büdcəsinin hansı istiqamətlərə hansı məbləğin nəzərdə tutulması ilə bağlı danışmadım. Hesab edirəm ki, tədricən bu göstəricilərdən nisbətən uzaqlaşmalıyıq.

 

Yeni çağırışlar dövlət büdcəsinin neçə faiz icra edilməsi mülahizələrindən deyil, icra edilmiş vəsaitlərinin hansı nəticələrə gətirib çıxarması konktekstindən qiymətləndirilməsini tələb edir. Bu isə dövlət büdcəsinin tərtibinə yeni yanaşmanın tətbiqini zərurətə çevirir. Büdcə xərclərinin yönələcəyi hədəflərin kəmiyyət və keyfiyyət göstəricilər vasitəsilə müəyyənləşdirilməsi strateji planların uğurlu icrasına yaratmış olacaq və nəticə əsaslı büdcəyə keçid isə dövlət vəsaitlərindən səmərəli istifadəyə səbəb olacaqdır”, - deyə V.Gülməmmədov bildirib.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb 8 Dekabr 2019, 13:13 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?