Modern.az

“Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi

“Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi

13 Noyabr 2019, 17:11

“Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə geniş istehsalat müşavirəsi keçirilib.

Bu barədə Modern.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Birliyin baş direktoru Ruslan Əliyev 2019-cu il üçün nəzərdə tutulan işlərin əksəriyyəti tamamlanmaq üzrə olduğunu açıqlayıb:


“Xüsusən də bu il ərzində qazlaşdırılacaq 92 yaşayış məntəqəsi və yaşayış massivində işlər yekunlaşmaqdadır və ardıcıl olaraq qaz açılışları təmin edilir”.

 

Bundan başqa baş direktor bütün struktur bölmələrin qarşısında konkret tapşırıqlar qoyub:

“Abonent “Azəriqaz” İB-nin üzləşdiyi texniki problemlərdən əziyyət çəkməməlidir. Biz bu işləri elə icra etməliyik ki, vaxtında səmərəsi olsun və normal, texniki rejimlərə uyğun qaz təchizatı həyata keçirilsin”.

R.Əliyev müşavirədə bir daha müvafiq qurumlar, o cümlədən regional idarələrə qısa müddət ərzində işlərində hiss ediləcək dərəcədə dönüş yaratmalarını tapşırıb. Eyni zamanda şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakına diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi qərara alınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...