Arxiv
13 Noyabr 2019, 17:17 | HADİSƏ
Nazir bütün uşaqlara “uşaqpulu” verməyi mümkün SAYMADI

“Bu gün Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil”.

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, “uşaqpulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib:

“Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib".

Sahil Babayev deyib ki, bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinət ödənilir.

"Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 50 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara".

Nazirin sözlərinə görə, bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır. Həmin uşaqlara ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir: "Bu, kifayət qədər ciddi rəqəmdir”.

Sahil Babayev bildirib ki, uşaqpulu müavinəti bütün uşaqlara şamil edilə bilməz: “Halbuki, bəzən bunun bütün uşaqlara şamil edilməsinin vacibliyi səsləndirilir. Bu gün Azərbaycanda 18 yaşınadək 2 milyon 700 min uşaq var. Tutaq ki, hər uşağa ən aşağı 100 manat vəsait ödənilsə və 18 yaşınadək hər kəsə şamil edilsə, bu, 3,3 milyard manat vəsait edir. Uşaqpulu kimi proqramlar isə 1-2 illik olmur, ən azı 5 illik olur. Bu o deməkdir ki, həmin işə 35 milyard manatadək vəsait xərclənməldir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Şabranda qanunsuz ov edənlər saxlanıldı - FOTO 21 Yanvar 2021, 09:54 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38