Arxiv
13 Noyabr 2019, 18:20 | AKTUAL
“Primakova dedim ki,… Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” - Şeyxulislamdan maraqlı AÇIQLAMALAR

“Mənim üçün bütün insanlar bərabərdir, Allah tərəfindən yaradılanlardır. Mühüm olanı onların hansı dinə etiqad etməsi yox, insanların varlığıdır. Kimsə müsəlman, kimsə xristian, yəhudi ola bilər. Hamını Allah yaradıb və belə olmalarına qərar verib”.

Modern.az xəbər verir ki, bu sözləri QMİ sədri Şeyxulislam Allahşükür Paşazadə Dünya dini liderlərinin II Sammiti ərəfəsində TASS-ın Baş direktorunun birinci müavini, “Formula vlasti” verilişinin aparıcısı Mixail Qusmana müsahibəsində bildirib.
Azpost.info həmin müsahibədən bəzi maraqlı məqamları təqdim edib.


Allahşükür Paşazadə deyib ki, sabah Bakıda öz işinə başlayacaq Dünya dini liderlərinin II Sammiti dünya ictimai rəyinə və siyasətinə təsir edəcək. O, Azərbaycanda belə sammitlərin təşəbbüskarının mərhum prezident Heydər Əliyev olduğunu bildirib:

“O zaman onun tövsiyəsi ilə, tapşırığı ilə biz Bakıda I Dünya Dini Dialoq Sammitini keçirdik. Bu sammit gözəl bəhrəsini verdi. Sammitdə çoxlu dini xadimi iştirak etmişdi. Ərazimizin 20% ermənilər tərəfindən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün Rusiya Patriarxı sammitdə bütün ermənilərin katolikosu II Qareginin iştirak etməsinə nail oldu. O vaxt qəbul etdiyimiz bəyannamədə hərbi əsir və girovların qarşılıqlı azad edilməsinə, həlak olanların qaytarılmasına tərəfdar olduğumuzu bildirmişdik”.


QMİ sədri vurğulayıb ki, noyabrın 14-15-də keçiriləcək sayca ikinci sammitdə 25 ilahiyyat məktəbinin nümayəndələri, müxtlif məzhəblər,  patriarxlar və patriarxlıq nümayəndələri, katolik kilsəsinin nümayəndəsi, islam dininin nüfuzlu ruhaniləri, müftilər, habelə fəxri qonaq qismində bəzi dövlət rəhbərləri və parlament sədrləri iştirak edəcəklər.

QMİ sədri sammitin Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyilə keçirildiyini də qeyd edilib.

“Ümidvaram və əminəm ki, bu sammitdə bütün dünyadakı müxtəlif dinlərin 600-dək nümayəndəsinin iştirakı, sammitdə qəbul ediləcək bəyannamələr bütün dünyada ictimai rəyə, dünya siyasətinə müsbət təsir edəcək”, – deyə A.Paşazadə bildirib.


Şeyxulislam bu gün müsəlmanların BMT –nin ali kürsüsündə çıxış etməkdən məhrum olduqlarına təəssüflənib: “Çox istərdim ki, BMT kürsüsündən din xadimləri də sözlərini deyə bilsinlər. Siyasi xadimlərin belə bir imkanı var”.


“Dini liderin nöqtəyi -nəzərincə hakimiyyət nədir”  sualına QMİ sədri 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya soxulması ilə bağlı baş vermiş qanlı qırğını xatırladıb: 

“Sovet ordusu Bakıya girəndə həmin günlər sovet rəhbərlərindən olan Yevgeni Primakov və Girenko Bakıda idilər. Bizi –Məni, mərhum İsmayıl Şıxlını, Bəxtiyar Vahabzadəni, Həsən Həsənovu və digər şəxsləri Mərkəzi Komitəyə dəvət etdilər. Mən Primakovla tanış idim. O,şərqşünas idi. Bizim aramızda dostluq, yaxşı münasibətlər vardı. O, mənim şəxsi həyatımdan xəbərdar idi, bilirdi ki, hansı çətinliklərlə dinə gəlmişəm. Həmişə mənə deyərdi: “Sən düzgün elədin”. Mən onun oğlunun dəfnində də iştirak etmişəm.  Primakov mənə dedi ki, Mixail Qorbaçovla danışıb. Mənə Azərbaycanda hakimiyyətə rəhbərliyi götürməyi təklif etdi. Dedi ki, mənə hər cür dəstək veriləcək. O zaman hələ 20 yanvar hadisəsi törədilməmişdi. Ordu şəhərə girməmişdi. Bu təklif mənim üçün tam gözlənilməz oldu. Primakova dedim ki, “sən axı məni tanıyırsan. Bilirsən ki, mən dövlət xadimi yox, din adamıyam. Sən mənə hakimiyyət vermək istəyirsən. Sənin hakimiyyətin mənim qıldığım iki rükət namaza dəyməz. Mənim üçün iman  hakimiyyətdən yüksəkdir. Siz bunu bilə-bilə mənə belə təklif edirsiniz”.
Primakovun təklifini rədd etdim və onunla çox ciddi mübahisəmiz oldu. Mənim hakimiyyətim Allahla tək qalanda, ona dua edəndə başlayır. Yalnız o zaman mən öz hakimiyyətimi yer üzündə hiss edirəm. Bu gün də deyirəm: İki stulda eyni vaxtda oturmaq olmaz. Ya dövlət adamı olmalısan, ya da din xadimi… Din xadimi olmaq, bundan zövq almaq, yolunu azmış insanı həqiqət yoluna çıxarmaq – ən böyük xoşbəxtlik budur. Bu gün bizim borcumuz budur və bunu edirik”. 


Dini şüarlar altında terror tördənləri lənətləyən QMİ sədri bildirib ki, bütün dünya ruhanilərini bu məsələ ciddi narahat etməlidir
: “Antisemitizm, islamofobiya ilə yanaşı xristianofobiya baş qaldıırb. Bu bizi qorxudur. Mən hesab edirəm ki, Bakı sammitində ən mühüm məsələlərdən biri dövlətlər, xalqlar, siyasətçilər arasında dinlərarası münasibətlərin doğru qurulması ilə bağlı məsələ olacaq”.


Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlıq qurulduğunu deyən QMİ sədri bildirib ki, onlar birgə çalışırlar
: “Azərbaycanda başqa reallıq formalaşıb. Bu gün bizdə sünnülər şiələrlə birə namaz qılırlar. Bunu başqa heç bir dövlətdə görmək olmaz. Bizdə müsəlmanın kilsə və sinaqoqu ziyarət etməsi normal təzahür sayılır. Azərbaycandakı  tolerantlıq bütün dünya üçün nümunə ola bilər. Belə şəraiti isə dövlət başçısı İlham Əliyev yaradıb”.


Rusiya Patirarxı Kirillə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən A.Paşazadə bildirib ki, Patriarx Azərbaycana böyük hörmətlə yanaşır: “Biz Patriarxla MDB Dinlərarası Şuranın həmsədrləriyik. Birgə fəaliyyətimiz özünün siyasi bəhrələrini də göstərir, iki dövlət arasında münasibətlərin yaxşılaşmasına öz töhfələrini verir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?