Arxiv
14 Noyabr 2019, 11:57 | AKTUAL
Bakıda binaların istiliklə təminatı niyə mümkün deyil? - AÇIQLAMA

"Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb".

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC sədrinin müavini İlham Mirzəliyev bildirib.

 

Onun sözlərinə görə, bunlar əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir:

 

"Digərləri ilə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir".

 

Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binaların əsasən mərkəz hissədə, Nərimanov, Nəsimi rayonlardadır:

 

"Bunlar əsası köhnə tipli bunlardır. Bəzi binalar 60-ci illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur".

 

İlham Mirzəliyev bildirib ki, 10 il əvvəl istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olurdu.

“Bu gün isə həmin  rəqəm il ərzində 100-lərlədir".

 

O qeyd edib ki, "Azəristiliktəchizat"ın 3 əsas strategiyası var: 

 

"Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500- dən artıq yaşayış binasında, 400- dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub".

 

Sədr müavini onu da qeyd edib ki, hazırda əsas problemlər binadaxili istilik təchizatı sistemində olan problemlərdir:

"Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Bakı ilə yanaşı digər şəhər və rayonlarda da nöqsanlar aşkarladı 14 İyul 2020, 11:47 Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54