"İstanbulda 3 oyun keçirdik. Azarkeşin milli komanda ilə bütövləşməsinə çalışdıq. Bu gün ilk dəfə qol vura bilmədik. Buna baxmayaraq, Avro-2020-nin final mərhələsinə vəsiqə qazandıq. Bu, İslandiya yığmasının son şansı idi. Bu gündən etibarən Avro-2020 üçün ən yaxşısını etməyə çalışacağıq".
Modern.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının zəfərini şərh edərkən bildirib.
Avropa Çempionatının seçmə mərhələsində İslandiya yığması ilə bərabərə qalan Türkiyə millisinin final mərhələsinə vəsiqə qazandığını vurğulayan Ş.Günəş ölkəni daha yaxşı təmsil etmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Bunu sadəcə məndən gözləmək yanlış olar. Hər kəsin bir arada olması lazımdır. Xəyallarımız çoxdur. Bu xəyalları təkbaşına həyata keçirmək mümkün deyil. Yeni nəsillərin önünü açacağıq. Mən bir az da bunun xəyalını qururam".