Arxiv
15 Noyabr 2019, 15:38 | AKTUAL
Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO

Noyabrın 15-də Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun adına olan küçədə onun şərəfinə ucaldılan heykəlin açılış mərasimi ilə əlaqədar Prezident  Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun, Milli Məclisin bir sıra deputatlarının, Müdafiə nazirinin müavini Kərim Vəliyevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir sıra xarici ölkələrin səfirliklərinin nümayəndələrinin, Xalq rəssamı - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun, Dünya Dini Liderlərinin II Bakı Sammitinə gəlmiş bəzi fəxri qonaqların, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyinin, həmçinin Dağ Yəhudiləri Dini İcmasının rəhbərinin iştirakı ilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.
         
Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil.  

 
Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.


Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35 ABŞ-da bir gündə 515 nəfər koronadan öldü 11 Avqust 2020, 20:19 Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi 11 Avqust 2020, 20:07 Livanda etirazçılar Prezidentin istefasını tələb edir 11 Avqust 2020, 19:57 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək 11 Avqust 2020, 19:48 Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib - FOTO/VİDEO 11 Avqust 2020, 19:39 Aeroport yolunda qəza tıxac yaratdı 11 Avqust 2020, 19:30 Maliyyə dəstəyi üçün daha 148 min vergi ödəyicisi müraciət etdi 11 Avqust 2020, 19:21 Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələndi - FOTO 11 Avqust 2020, 19:12 Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu 11 Avqust 2020, 19:03 Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib 11 Avqust 2020, 18:54 Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək 11 Avqust 2020, 18:45 Rusiya-Azərbaycan sərhədində gözləyən soydaşlarımız bu gün vətənə qayıdır 11 Avqust 2020, 18:36 Dadlı və faydalı quru meyvələri necə seçək? 11 Avqust 2020, 18:27 Baş nazir kafe və restoranlarla bağlı qərara dəyişiklik etdi 11 Avqust 2020, 18:18 Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO 11 Avqust 2020, 18:09 Dövlət Agentliyi daha 58 obyektdə qayda pozuntuları aşkarladı 11 Avqust 2020, 18:00 Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA 11 Avqust 2020, 17:54