Modern.az

Siz hardasınız, XANKƏNDLİLƏR?

Siz hardasınız, XANKƏNDLİLƏR?

16 Noyabr 2019, 13:46

Xankəndi!

 

Bu ad bizlərə nələri deyir, nələri demir? Azərbaycanın tarixi məkanı olan bu şəhər indi hər bir azərbaycanlının başı üzərində töhmət daşı kimi asılıb.

Xankəndi sözünü eşidən istənilən azərbaycanlının ürəyinin sızlamaması mümkün deyil. Bu sızıltını aradan qaldırmaq yolları isə çox qaranlıq görünür.

1991-ci il dekabrın 26-da  Ermənistanın işğalı altına keçən ata yurdumuz, dogma diyarımız indi bizlərə milyon kilometrlərlə uzaq kimi görünür. Əlimiz çatmayan, ünümz yetməyən diyar, Vətən torpağı!

(Təəssüf ki, Vikipediya da belə Xankəndinin işğalı Qarabağda yaşayan ermənilərin adına yazılıb. Bu da bir biabırçılıqdı.)

İşğalçılar Xankəndidə bir zamanlar at oynadırdılarsa, indi meydan sulayırlar!  Bizsə, sadəcə köks ötürürük.

 

Xankəndlilər!

 

Dünyagörüşləri, davranışları, mədəniyyətləri ilə yüksəklərdə dayanan insanlar!

İndi onlardan əsər-əlamət qalmayıb.

Bu gün Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün həyatı yaşayırlar.

 

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Modern.az-a açıqlamasında Xankəndidən olan məcburi köçkünlərin ictimai-siyasi sferada az-az görünməsinin səbəblərinə belə aydınlıq gətirib:

 

“Xankəndidən olan məcburi köçkünlər pərakəndə görünsələr də, onların sayı 16 minə qədərdir. Xankəndi işğal olunanda isə oradan köçən şəhər sakinlərinin sayı 12-13 min arası idi. Hələ Xankəndi işğal olunmamışdan əvvəl oraya kütləvi şəkildə ermənilərin köçürülməsi nəticəsində Azərbaycanlıların sayı azalmışdı. Xankəndini sovet dövründə azərbaycanlılar üçün “qapalı şəhər” elan edərək, oraya azərbaycanlıların yerləşməsinə imkan vermirdilər. Bu azmış kimi, üstəlik Xankəndidə yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Məsələn, bir azərbaycanlı ailəsində 5 üzv var idisə, 1 nəfər yazılırdı. Ermənilərə gəlincə, vəziyyət əksinə idi, 5 nəfərlik erməni ailəsi 15 nəfər kimi təqdim edilirdi. Ermənilərin təhrif etdikləri faktlar çoxdur”.

 

İşğal olunmuş bütün rayonlardan olan qaçqın və məcburi köçkünlərin birləşdiyi inzibati mərkəzləri var. Bəs bu gün “Haradasınız, xankəndililər” deyə müraciət olunsa, cavab necə olacaq? Xatirə Vəliyeva buna da aydınlıq gətirib:

 

“Təəssüflə deyirəm ki, biz bu suala həqiqətən cavab verə bilməyəcəyik. Çünki xankəndililərin mərkəzləşmiş icra nümayəndəliyi yoxdur. Şəhər əhalisi Gəncədə bir qədər kompakt yaşayırlar. Qalan rayonlarda məskunlaşanlar çox pərakəndədirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi