Modern.az

Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı

Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı

18 Noyabr 2019, 09:24

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri ABŞən Pensilvaniya ştatında keçirilən “2019 Directors Circle Festival Of Shorts” yarışmasında  nümayiş olunub.

Azərbaycanlı rejissorun filmləri digər ölkələrin filmləri arasından seçilərək,  festivalın müsabiqə proqramına daxil edilib. Ekran işləri sənədli filmlər kateqoriyasına seçiliblər.
29 noyabr 7 dekabr aralığında qaliblər müəyyən olunacaq.  
“Directors Circle Festival Of Shorts” festivalı 10 ilin yarışmasıdır.

Bu barədə Modern.az-a filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin mart ayında istehsal olunan sənədli filmlər 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?